...

Azərbaycanlı boksçu qələbə qazanmaq üçün çox əziyyət çəkməli olacaq – baş məşqçi

Cəmiyyət Materials 11 Avqust 2008 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust / Trend , müxbir R.Ergün/ Bu gün Pekin Olimpiadasında Qazaxıstan boksçusu ilə görüşəcək azərbaycanlı idmançı Şahin İmranov çox əziyyət çəkməli olacaq. "Şahin üçün bir qədər çətin olacaq. Çünki o, qazaxıstanlı idmançını məğlub etsə, növbəti mərəhələdə gürcü bokçsu ilə görüşəcək. Daha sonra isə kubalı idmançı ilə döyüş ola bilər", - bazar ertəsi Pekində olan Azərbaycan boks yığma komandasının baş məşqçisi Nəriman Abdullayev deyib.

İmranovun bu gün görüşəcəyi qazaxıstanlı boksçu keçmiş dünya çempionudur. Azərbaycanlı idmançı indiyə kimi qazaxıstanlı rəqibi ilə üç dəfə görüşüb. Bu döyüşlərdən ikisində İmranov, birində rəqibi qələbə qazanıb.

Azərbaycanı Pekin Olimpidasında iki boksçu - İmranov və Samir Məmmədov təmsil edir

Xəbər lenti

Xəbər lenti