...

Azərbaycan-Ermənistan sərhədindəki Araz çayında zərərli maddələr normanı nəzərəçarpacaq dərəcədə keçir

Cəmiyyət Materials 19 Avqust 2008 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust / Trend , müxbir C.Babayeva/ Azərbaycan-Ermənistan sərhədindəki Araz çayında fenol və mis birləşmələrinin miqdarı normadan dəfələrlə artıqdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, buna avqustun birinci ongünlüyündə aparılan monitorinqin nəticələri sübutdur.

Nazirliyin məlumatında bildirilir ki, avqustun birinci ongünlüyündə Araz çayının Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar və mis birləşmələri 3 dəfə, Bəhramtəpədə 2 dəfə, I Şahsevən məntəqəsində isə 3 dəfə yol verilən qatılıq həddini keçib.

Monitorinq həmçinin Gürcüstan ilə sərhəddə Kür çayının Şıxlı-2 məntəqəsində fenolların 1, mis birləşmələrinin isə 2 dəfə mümkün normanı üstələdiyini aşkar edib.

Bu ziyanlı maddələrin mövcudluğu müvafiq olaraq Ağstafaçayda 3 və 5, Ağstafaçay su anbarında isə 3 dəfə normadan çoxdur.

Transsərhəd su hövzələri problemlərinin beynəlxalq normalar çərçivəsində regional səviyyədə həlli üçün Azərbaycan  "Transsərhəd çaylar və göllərin mühafizə və istifadəsi" adlı Helsinki konvensiyasını təsdiq edib. Ermənistan və Gürcüstanın bu konvensiyaya qoşulmaması problemi ağırlaşdırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı trend

Xəbər lenti

Xəbər lenti