...

Azərbaycanlı məşqçi Rusiyanın "Dina" futzal klubunun düşərgəsinə səfərindən razı qalıb

Cəmiyyət Materials 20 Avqust 2008 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Araz" futzal klubunun baş məşqçisi Böyükağa Hacıyev Rusiyanın "Dina" komandasının düşərgəsinə səfərindən razı qalıb. "Dina"nın düşərgəsində səkkiz gün oldum. Futzalda təcrübə qazanmaq baxımından bu səfər mənə çox xeyir verdi",- çərşənbə günü Trend -a Hacıyev bildirib.

Hacıyev "Araz" klubundan əvvəl "Bakı" futbol komandasının baş məşqçisi olub. O, bu komanda ilə Azərbaycan çempionluğunu qazanıb.

Baş məşqçi bildirib ki, "Dina"nın düşərgəsində olarkən, bu komandada çıxış edən azərbaycanlı futzalçı Vitali Borisovun da oyununu izləyib. "Rusiyada olarkən Vitali ilə görüşdüm. "Dina"da Borisova xüsusi diqqət göstərirlər və ona bir futzalçı kimi hörmət edirlər", - deyə baş məşqçi əlavə edib.

Hacıyev "Araz"ın baş məşqçisi vəzifəsinə iki ay əvvəl təyin olunub.

"Araz" klubu futzal üzrə Azərbaycan çempionatının sonuncu qalibi kimi Çempionlar Liqasında iştirak edəcək.

Futzal üzrə Çempionlar Liqasında "Araz"ın çıxış edəcəyi qrupun oyunları Bakıda keçiriləcək. Çempionlar Liqasının qrup mərhələsinin oyunları bu ilin sentyabrında başlayacaq.

Xəbər lenti

Xəbər lenti