...

Azərbaycanın "Neftçi" futbol klubu iki alman, bir holland məşqçi ilə danışıqlar aparır – klubun vitse-prezidenti

Cəmiyyət Materials 25 Avqust 2008 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubunun rəhbərliyi baş məşqçi vəzifəsinə təyinatla bağlı Almaniyadan və Hollandiyadan olan məşqçilərlə danışıqlar aparır. Bu barədə bazar ertəsi Trend -a "Neftçi" klubunun vitse-prezidenti İlqar Quluzadə bildirib.

Trend -un arayışı: "Neftçi" klubu bir neçə gün əvvəl ukraynalı baş məşqçisi Anatoli Demyanenkonun istefaya göndəriləcəyini bildirib. Demyanenko "Neftçi"yə rəhbərlik etdiyi dövrdə komanda UEFA-İntertoto kubokunda iki mərhələ keçsə də, Azərbaycan Premyer-Liqasında uğursuz çıxış edib. Premyer-Liqanın ilk iki turundakı məğlubiyyətlərdən sonra klub rəhbərliyi Demyanenkonu istefaya göndərmək qərarına gəlib.

Quluzadə deyib ki, yeni baş məşqçinin adına bu həftə aydınlıq gətiriləcək.

"Danışıq apardığımız məşqçilərdən ikisi Almaniyadan, biri isə Hollandiyadandır. Hər üç mütəxəssis kifayət qədər tanınan məşqçilərdir", - deyə vitse-prezident əlavə edib.

"Neftçi" Premyer-Liqada keçirdiyi üç oyunun yalnız birində qələbə qazanıb. "Qəbələ" klubu ilə səfərdə keçirilən oyunda qazanılan qələbəyə baxmayaraq, Demyanenkonun istefası rəsmiləşib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti