...

Azərbaycanlı boksçuya Olimpiadada qızıl medal qazanmağa qolundakı ağrılar mane olub

Cəmiyyət Materials 26 Avqust 2008 00:49 (UTC +04:00)


Azərbaycan, Bakı, 25 avqust / Trend , müxbir R.Ergün/ Pekin Olimpiadasında bürünc medal qazanan azərbaycanlı boksçu Şahin İmranov hesab edir ki, qolundakı zədə olmasaydı, finala çıxa bilərdi. "Bu zədə məndə çoxdan var idi. Buna baxmayaraq, rinqə çıxıb döyüşürdüm. Yarımfinalda da döyüşü davam etdirə biləcəyimi düşünürdüm. Amma sonra gördüm ki, qolumdakı ağrıya görə döyüşü davam etdirə bilməyəcəyəm", bazar ertəsi Pekindən qayıdan İmranov bildirib.

Azərbaycanı Olimpiadada boks üzrə İmranovla yanaşı Samir Məmmədov da təmsil edib. Məmmədov yarışın ilkin mərhələsində məğlub olaraq, mübarizəni dayandırıb.

İmranov yarımfinalda qolundakı zədəyə görə fransalı boksçu Xedafi Çelxirlə görüşü başa çatdıra bilməyib. Bu məğlubiyyətdən sonra azərbaycanlı idmançı Olimpiadanın bürünc medalı ilə kifayətlənməli olub.

Azərbaycan Pekin Olimpiadasında hesabına yeddi medal yazdırıb. Bunlardan biri qızıl, ikisi gümüş, dördü isə bürünc medallardır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]





Xəbər lenti

Xəbər lenti