...

Azərbaycanın "Karvan" klubu dörd futbolçu ilə müqavilə bağlayıb

Cəmiyyət Materials 1 Sentyabr 2008 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Karvan" klubu Türkiyənin birinci liqa komandalarından olan "Bursaspor"un futbolçusu ilə müqavilə bağlayıb. Bu barədə bazar ertəsi Trend -a "Karvan" klubunun mətbuat xidməti məlumat verib.

"Bursaspor"dan dəvət edilən futbolçu hücumçu mövqeyində çıxış edir. O, Azərbaycan klubu ilə bir illik müqavilə bağlayıb.

Mətbuat xidmətinin məlumatına görə, "Karvan" keçmiş futbolçusu olan braziliyalı Markus Fereyra ilə də bir illik müqavilə bağlayıb. Bu futbolçu ilə yanaşı, əvvəllər Azərbaycan çempionatında çıxış etmiş digər futbolçular - Andre Ladaqa ilə Samba Ba da "Karvan"la bir illik müqaviləyə imza atıblar.

Fereyra və Ladaqa əvvəllər Azərbaycan yığma komandasında da çıxış edib.

"Karvan" Azərbaycan Premyer-Liqsında keçirdiyi dörd oyundan sonra 9 xalla 3-cü yeri tutur.

Komandanın baş məşqçisi Yunis Hüseynovdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti