Azərbaycan, Bakı, 01 sentyabr / Trend Life müxbir V. İmanov/ Bu gün müsəlmanların orucluq ayı - Ramazan başlayıb. Allah tərəfindən bizə verilmiş hər gün, hər ay çox qiymətldir, lakin müsəlman təqviminin 12 ayı arasında məhz Ramazan öz müqəddəsliyi ilə seçilir və əbəs yerə bu ayı Ayların sultanı, "Şəhrullah" (Allahın ayı), və "Ziyafətulla" (Allahın qonaqlığı) adlandırmırlar. Buna görə, Müqəddəs Quran Məhəmməd (S) peyğəmbərə məhz bu ayda nazil olub. Quranda orucluq haqda deyilir: " Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) "
Məhəmməd (S) peyğəmbərin hədisində bildirilir ki, Ram azan ayı gələn zaman Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır və müsəlmanlara ziyan gətirməmək, onları Haqq Yolundan azdırmamaq üçün şeytanın əl - qolu bağlanır: "Əgər insanlar Ramazan ayının bütün üstünlüklərini bilsəydilər, bütün ilin Ramazan olmasını istəyərdilər" - Allah buyurur. Payız yağışı hər yeri toz-torpaqdan təmizlədiyi kimi, Ramazan ayı da möminlərin ruhunu günahlardan təmizləyir.
Düzgün orucu necə tutmalı
Hər bir müsəlman Allaha itaət etməli və Onun hökmlərini yerinə yetirməlidir. Allah - Təala müqəddəs Ramazan ayı ərzində (Yaradanın tükənməz sərvətinin və rəhminin gizləndiyi bir ayda) orucluğa riayət etmə qaydalarını müəyyən edib. Bu ayda Allah insanlara böyük faydalar verir, onların günahlarını bağışlayır, nəcibləşdirir və mükafatlandırır. Ramazan ayında oruc tutmaq şüuru, həddi-buluğa çatmış və müsəlman şəriətinə görə, oruc tutmaq iqtidarında olan hər bir şəxsə vacib buyrulub.
Hər gün oruc tutmazdan öncə, yəni səhər yeməyindən (İmsak) əvvəl "niyyət" etmək lazımdır. "Niyyət" zamanı bu sözlər deyilir: "Müqəddəs Ramazan ayında oruc tuturam" və sonra "Bismillahir-rəhmanir-rəhim. Vacibən qürbətən ilə Allah" deyilir. Orucluğun hər günün öz xüsusi duası var və bu duaları oxumaq faydalıdır. (Hər günün duasını məsciddən və ya dini ədəbiyyatdan əldə etmək olar).
Axşam oruc açılarkən (İftar) yemək yeməzdən öncə bunları demək lazımdır: "Bismillahir-rəhmanir-rəhim" - "Rəhimli və Rəhman Allahın adı ilə" və oruc duası: "Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və aleykə təvəkkəltu fətəqəbbəl mini əntəs - Səmiul Alim. Allahummə ya vasiəl-məğfirəti iğfirli". Ərəb dilindən tərcümədə: "Ey Allah, Sənə xatir oruc tutdum. Göndərdiyin ruzi ilə iftarımı açıram, Sənə təvəkkül edirəm. Orucumu qəbul elə. Sən hər şeyi eşidən və bilənsən. Ey Yaradan və Yer üzünün sahibi, günahlarımı bağışla!"
Yaxşı olardı ki, iftar xurma, təmiz su, süd və ya şirniyyat ilə açılsın. Yemək yeyən zaman heç bir halda tərkibində donuz əti və ya spirt olan qida məhsullarından istifadə etmək olmaz. Nə səhər, nə də axşam, olduqca çox yemək arzu edilən deyil, bu, bədəni ağırlaşdırır və sağlamlığa ziyandır. Oruc tutanlara iftar süfrəsi vermək bəyəniləndir. Hədisdə bildrilir ki, axşam oruc tutan şəxsi doyuzduran şəxs, oruc tutan qədər savab qazanar.
Oruc zamanı nəyi etmək olmaz
Səhər və axşam namazları arasındakı dövrdə (Orucluq təqvimi aşağıda göstərilib) bir sıra əməlləri etmək olmaz:
1) Bilərəkdən yalan danışmaq, Allaha, peyğəmbər və imamlara and içmək.
2) Yemək və içmək. Bundan əlavə, nəfəs borusundan bədənə heç nə daxil olmamalıdır. Məsələn, qulaq dəliyindən suyun daxil olmasına və ya ağız və burundan orqanizmə qatı duman, tüstü və buxar (Havada uçan toz-torpaq, siqaret tüstüsü və s) udmaq, saqqız çeynəmək və imalə etmək olmaz. Lakin insan oruc olduğunu unudaraq təsadüfən nəsə yeyərsə və ya içərsə, bu, orucu pozmur - bu halda yemək və içməyi dərhal dayandırmaq lazımdır. Əgər insan oruc olduğunu bilə - bilə ağzına su alarsa, məsələn, sərinləşmək istəyərkən və dəstəmaz alarkən təsadüfən suyu içərsə, onun orucu pozulmuş sayılır. İmsakdan sübh azanınadək ağız boşluğunu və dişlərin arasını qida qalıqlarından səliqə ilə təmizləmək lazımdır. Çünki oruc zamanı xırda yemək qalığını yemək belə, orucu pozur.
3) Cinsi əlaqəyə girmək. Həyat yoldaşı ilə bir-birində ehtiras oyadan intim nəvazişlə məşğul olmaq arzu olunan deyil. İftardan sonra həyat yoldaşı ilə yaxınlıqdan sonrası İmsak vaxtı qurtaranadək çimmək və qüsllənmək lazımdır. Qeyd edək ki, yuxuda ikən "məni" (Orqazm) baş verərsə, bu, orucun pozulması anlamına gəlmir. Belə olan halda çimmək (Qüsl almaq) və orucu davam etdirmək lazımdır.
4) Bilərəkdən qusma baş verərsə, oruc pozulur. Oruc tutan öz idarədəsinə qarşı çıxırsa, o zaman oruc pozulmur və yalnız ağız boşluğunu yaxalamaq lazımdır.
5) Menstruasiya (Doğumdan sonrakı yaranan təbii hallar). Hətta Günəş batmamışdan öncə menstruasiya baş verərsə, oruc pozulur.
Orucdan azad olma
"Aya yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə, tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu Əkbər" deməklə) təzim və şükr edəsiniz" - Quranda deyilr.
Oruc bütün möminlər üçün vacibdir, həddi-buluğa çatmamış, çox qocalmış və ağır xəstə olan insanlar, dəlilər, hamilə qadınlar və süd verən analar, səfərdə və döyüş meydanında olanlar istisna olmaqla. Qadınlara aybaşı və hamiləlik dövründəki təmizlənmə dövründə oruc tutmaq günahdır, lakin təmizlənmədən sonra buraxdığı günlərin orucunu tutsun. Həmçinin, xəstələr də, sağaldıqdan sonra gələn il Ramazan ayı gələnədək tutmadığı günlərin orucunu tutmalıdır. Lakin insan xəstə və ya qocadırsa və heç bir halda oruc tuta bilmirsə, hər buraxdığı günə görə, fəqirin qarnını doyuzdurmalıdır. Əgər oruc səhlənkarlıq və etinasızlıq ucbatından könüllü buraxılıbsa, bu ağır günahdır və o insan onun kəffarəsini verməlidir.
Haci Fuad Nurulla -- Bakı İslam Universitetinin dekanı : "Rəhimli və Rəhman Allahın adı ilə! Ramazan ayında oruc tutmaq İslamın əsas dayaqlarından biridir və insanı ən yüksən ruhani və fiziki tarazlığa gətirib çıxarır. Bu ayda Yaradanın tükənməz sərvəti və rəhmi var, bu ayda Allah insanların günahlarını bağışlayır, nəcibləşdirir və mükafatlandırır. Orucun, sadəcə, orqanızmi ac saxlamaqdan ibarət olduğunu düşünmək olmaz. Möminlər günaha səbəb olacaq fikirlərdən, sözlərdən və hərəkətlərdən özlərini saxlamalıdırlar. Həm fikrinlə, həm qulaqlarınla, həm gözlərin, həm dilinlə oruc tutmaq və mümkün qədər yaxşılıq etmək lazımdır".
Oruc sağlamlığı möhkəmləndrir
Bütün qaydlar çərçivəsində, oruc müsəlmanın təkcə ruhunu təmizləmir, həm də onun sağlamlığını möhkəmləndirir. İnsan, orqanizminə fasilə vermədən daim bol-bol yeyir və içirsə, bədəndə zəhərli maddlər toplanır. İl ərzində sistemli qida qəbulundan yorulan insan orqanizmi, bu ayda dincəlir. Bununla yanaşı, bədənimizdə yenilənmə baş verir. Muhəmməd peyğəmbər (S) bununla bağlı belə deyib: "Oruc tutun və siz daha sağlam olacaqsız".
Həkimlərin rəyinə görə, oruc limfositlərin funksional göstəricilərini on dəfə yaxşılaşdıraraq, həmçinin, hüceyrələrin immunitet yaradan maddlərini artırmaqla, immun sistemini möhkəmləndirir; piylənmənin, mədə yarasının yaranmasına ən çox səbəb olan turşuluğun artmasının qarşısını alır; böyrəkləri daşəmələgəlmədən qoruyur, orqanizmi psixi və fiziki pozuntulardan qoruyaraq, xüsusilə də gənclərdə cinsi instinktlərin qarşısını alır; ac qalmaq orqanizmin enerjisini artırır və onu təlimatlandırır, yaddaşı yaxşılaşdrır; qlükoza, yağlar və züllaların iştirak etdiyi hüceyrələrdə gedən mübadilə prosesini fəallaşdırır və optimal vəziyyətə gətirir.
Günahların bağışlandığı və Allahın mükafatlandırğı ay
Ramazan ayında oruc İslamın dirəklərindən biridir. Məhəmməd peyğəmbər (S) deyib: "Kim ki, mukafat alacağına inam və ümidlə oruc tutar, onun keçmiş günahları bağışlanar". "Kim ki, Allah xatirinə oruc tutar, Tanrı onu Ramazan ayının hər bir gününə görə yetmiş gün Cəhənnəm əzabından xilas edər". " Oruc insanı bünüt günah və nöqsanlardan qoruyan qalxana bənzəyir". Muhəmməd peyğəmbər (S) insanları bu ayda mümkün qədər yaxşı iş görməyə, etdiyi günahlara görə tövbə etməyə, Allahdan bağışlanmağını diləməyə, sədəqə vermək, Quran öyrənmək və dua oxumağa çağırıb. Ramazan ayında oruc tutmayan müsəlmanlar Allah tərəfindən sərt cəzalandırılacaqlar, halbuki, yazılanlara əməl edənlər Allah tərəfindən mükafatlandırılacaqlar. Belə ki, mükafatların həcmi oruc tutanların davranışından asılıdır. Peyğəmbərimiz deyib ki, insan orucun bütün üstünlüklərini anlamağa və onun əvəzində alacağı mükafatların ən böyüyünə can atmalıdır. Ən uca Allah deyib: "Oruc mənə xatir tutulur və Mən oruc tutanı mükafatlandıracağam, çünki o, Mənə xatir nəfsini saxlayır və Mənə xatir aclığa dözür". And olsun ki, oruc tutanın ağzından gələn iy, Allah üçün müşk ətrindən xoşdur".
Qədr gecələri
Qurnanın dəqiq nazil olma vaxtı məlum deyil, lakin artq yüz illərdir ki, mömin müsəlmanlar Ramazanın son 10 günündə, ayın tək günləri (Əhya gecələri) gecələr müqəddəs Leylət əl-Qadr gecəsini qeyd edirlər. Başqa formada o, Qədr gecələri adını alıb. Hesab olunur ki, Allah insanın gələn ilki taleyini məhz bu gecə müəyyən edir. Quranda deyilir: " H S Qədr gecəsi min aydan daha xeyirlidir! O gec O gecə dan yeri sökülənə kimi salamatlıqdır!"
Şübhəli hallar axundun izahında
Orucluğun insanlarda şübhə yaradan müəyyən halları mövcuddur. Onları aydınlaşdırmaq üçün "Trend Life" "Təzə Pir" məscidinin axundu Hacı Faiz Nağızadəyə müraciət edib:
- Bəzi sağlam insanlar guman edirlər ki, yaxşı əməllərlə orucluğu "ödəmək" olar.
- Xeyr, belə əməllər Allah tərəfindən qəbul olunmur, çünki hər bir sağlam müsəlman oruc tutmalıdır. Həyat və ya sağlamlıq üçün təhlükə olmadığı halda, düşünülmüş şəkildə, qəsdən orucun pozulması nəticəsində, insanın boynuna "kəffarə" gəlir, bununla belə, buraxılan hər günün cəriməsi Ramazan ayından sonra ay ərzində tutulmalıdır və ya hər pozulan oruc gününə görə, 60 fəqirin yedizdirilməsi tələb olunur. İctimaiyyət arasında hörmət xatirinə tutulan oruclar qəbul olunmur. Məhəmməd (S) peyğəmbərin hədisində bildirilir: "Bir qisim oruc tutanlar var ki, onlara yalnız aclıq, bir qisim gecələr Allaha ibadət edənlər var ki, onlara yalnız yuxusuzluq qalacaq".
- Bu ayda toy eləmək olar?
- Bu qadağan deyil, lakin bəziləri toy ənənələrinin keçirilməsi mənasını düzgün başa düşmür. Düşünürlər ki, spirtli içkilərlə şənlik keçirmək olar. Anlamaq lazımdır ki, Ramazan - mənəvi və əxlaqi təmizlənmə, Allaha yaxınlaşma ayıdır, buna görə, toylar ikinci plana keçirilməlidir.
- Ramazan ayında bəzi müsəlman ölkələrində iyi oruc tutana mənfi təsir göstərən qida məhsullarının küçə satışına qadağa qoyulur. Məsələn, dönər, kabab və digər qida məhsularının hazırlanması qadağan olunur.
- Əlbəttə, bu praktikanı bizdə də həyata keçirmək pis olmazdı. Allaha şürük ki, bizdə yuxarıda göstərilənlərin günah olduğunu başa düşən insanlar var və buna görə də, könüllü olaraq öz fəaliyyətlərini məhdudlaşdırırlar.
- Oruc tutan qadınlara kosmetika və ətirdən istifadə etmək olarmı?
- Bu qadağan olunmayıb, lakin yaxşı olar ki, istifadə olunmasın. Prinsip etibarı ilə, qadınlar həmişə kosmetika, ətir istifadə edə, qiymətli əşyalarla bəzənə bilərlər, lakin digər kişilərin diqqətini cəlb etmək üçün deyil, yalnız öz əri üçün. Bununla belə, yadda saxlamaq lazımdır ki, dodaq boyası dodaqdan orqanizmə keçə bilər, bu isə oruc zamanı yolverilməzdir.
- Oruc zamanı ağız suyunu udmaq, iynə vurdurmaq, diş çəkdirmək, yeməyin dadına baxmaq, ağızı yaxalamaq və çimmək olarmı?
- Qan itkisi ilə nəticələnən hərəkətləri etməmək yaxşı olardı, o cümlədən diş çəkdirmək. Oruc tutanın diş əti qanayırsa və ağız suyu ilə onu udursa, oruc pozulur. Dərman qəbulu da orucu pozur. İynə isə, oruc tutması arzu olunmayan xəstə insanlara vurulur, lakin sağaldıqdan sonra həmin günlərin əvəzi tutulmalıdır. Öz növbəsində, ağız suyunun və bəlğəmin udulması, ağızın yaxalanması və çimmək orucu pozmur. Yalnız çimən insan suyu udmamalıdır və ya başını suya salmamalıdır. Məsələn, hovuz və ya dənizə tullanmaq.
- Evdar qadın və aşpazın yemək hazırlayanda onun dadına baxması mümkündürmü?
- Yeməyin dadına baxmaq olar, lakin udmamaq şərti ilə. Əgər oruc tutan yeməyi bilməyərəkdən və ya unutqanlıqdan udursa, bu zaman oruc pozulmuş hesab olunmur.
- Bəzi ər-arvad cütlüyü Ramazan ayı zamanı intim münasibətlərdən tammilə imtina edirlər. Bu düzgündürmü?
- Təbii ki, oruc zamanı bu, yolverilməzdir, lakin iftardan imsakadək intim münasibətlərə icazə verilir; səhər namazınadək qüsllanmaq şərti ilə. Quranda bildirilir: Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. Allah sizin özünüzə pislik etdiyinizi bilib tövbələrinizi qəbul edərək ..".
- Namaz qılmayan insanın orucu hesaba alınırmı?
- Müsəlman üçün beş vacibat göstərilib - namaz qılmaq, oruc tutmaq, zəkar vermək (Xeyriyyə məqsədləri üçün məcburi vergi) və xüms (İllik gəlirin yarısı), cihad etmək və Həcc ziyarəti (Maddi imkanlar çərçivəsində). Bütün bu müddəalar bir-biri ilə bağlıdır. Əgər insan namaz qılmırsa və oruc tutursa, bunun qəbul olunmadığını hesab etmək olmaz. Hesab olunur ki, bu beş vacibatdan hər hansı birinəsə əməl etmək digərlərinə keçiddir. Allah qarşısında borcunu heç yerinə yetirməməkdənsə, bunu hissə -hissə etmək yaxşıdır. Belə olan halda, namaz qılmayan insan oruc tuta bilər və o, hesaba alınacaq".
Oruc təqvimi
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurasının fətvasına (hökm) görə, sentyabrın 1-i Ramazan ayının ilk günü hesab olunur. Qədr və Əhya gecələri sentyabrın 18 - dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, 26 - dan 27-nə keçən gecələr hesab olunur. Ramazan ayı yeni Ayın görünməsindən asılı olaraq, sentyabrın 30-da və ya oktyabrın 1-də başa çatacaq. Aşağıda orucluğun vaxtları göstərilib:
1 sentyabr: imsak -05.56 , iftar - 20.29
2 sentyabr: imsak -05.57, iftar - 20.28
3 sentyabr: imsak -05.58 , iftar - 20.26
4 sentyabr: imsak -06.00 , iftar - 20.24
5 sentyabr: imsak -06.01, iftar - 20.22
6 sentyabr: imsak -06.02, iftar - 20.21
7 sentyabr: imsak -06.03, iftar - 20.19
8 sentyabr: imsak -06.04, iftar - 20.17
9 sentyabr: imsak -06.05 , iftar - 20.16
10 sentyabr: imsak -06.06 , iftar - 20.14
11 sentyabr: imsak -06.07 , iftar - 20.12
12 sentyabr: imsak -06.08 , iftar - 20.11
13 sentyabr: imsak -06.10 , iftar - 20.09
14 sentyabr: imsak -06.11 , iftar - 20.08
15 sentyabr: imsak -06.12, iftar - 20.06
16 sentyabr: imsak -06.13 , iftar - 20.04
17 sentyabr: imsak -06.14 , iftar - 20.02
18 sentyabr: imsak -06.15 , iftar - 20.01
19 sentyabr: imsak -06.16 , iftar - 19.59
20 sentyabr: imsak -06.17 , iftar - 19.57
21 sentyabr: imsak -06.18 , iftar - 19.55
22 sentyabr: imsak -06.19, iftar - 19.54
23 sentyabr: imsak -06.20 , iftar - 19.52
24 sentyabr: imsak -06.21 , iftar - 19.50
25 sentyabr: imsak -06.22 , iftar - 19.49
26 sentyabr: imsak -06.23 , iftar - 19.47
27 sentyabr: imsak -06.24 , iftar - 19.45
28 sentyabr: imsak -06.25, iftar - 19.44
29 sentyabr: imsak - 06.26 , iftar - 19.42
Ramazan İslamın İd əl-fitr bayramı ilə başa çatır.
Ramazan ayının bizə verdiyi şansı qaçırmayın. Məhəmməd peyğəmbər (S) bildirib: "Ramazanın əvvəli - mərhəmət, ortaları - günahların bağışlanması, sonu isə Cəhənnəm alovundan xilasdır". "Ramazan ayında günahları bağışlanmayan kəslərə yazıqlar olsun".
Bu ayı Allah və Onun rəsulu Məhəmmədin buyurduğu kimi keçirməyimizdə Tanrı bizə kömək olsun.! Amin!
Trend Life redaksiyası adından dünyanın bütün müsəlmanlarını müqəddəs Ramazan ayının gəlişi münasibəti ilə təbrik edirik!