...

OANA etibarlı informasiya mənbələrinə ehtiyac duyur – təşkilat rəhbəri (video)

Cəmiyyət Materials 2 Sentyabr 2008 12:22 (UTC +04:00)
OANA etibarlı informasiya mənbələrinə ehtiyac duyur – təşkilat rəhbəri (video)

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir C.Babayeva/ Asiya və Sakit okean ölkələrinin xəbər agentlikləri təşkilatı - OANA etibarlı informasiya mənbələrinə ehtiyac duyur. Bu barədə İndoneziyanın ANTARA agentliyinin baş icraçı direktoru, OANA-nın prezidenti Əhməd Muxlis Yusif qrumun İcra Komitəsinin çərşənbə axşamı Bakıda keçirilən 30-cu iclasında bildirib.

Onun sözlərinə görə, informasiya istehsalında əsas amil onun etibarlı olmasıdır.

Təşkilat rəhbəri bildirib ki, OANA təşkilatda təmsil olunan 39 informasiya agentliyindən əldə olunan məlumatlar əsasında balanslaşdırılmış informasiya siyasəti həyata keçirir.

"AzərTac"ın təşkilati dəstəyi ilə keçirilən iclasın işində İndoneziyanın ANTARA agentliyinin baş icraçı direktoru Əhməd Muxlis Yusif, Avropanın aparıcı informasiya agentliklərinin daxil olduğu Avropa Xəbər Agentlikləri Alyansının prezidenti, Avstriyanın APA agentliyinin baş direktoru Volfqanq Vislozil, Bolqarıstan, Fransa, həmçinin İordaniya milli agentliklərinin rəhbərləri, o cümlədən Türkiyə, Rusiya, Yaponiya, Çin, İran, Koreya Respublikası, Malayziya, Qazaxıstan, Qırğızıstan, Vyetnam, Qətər, Küveyt, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Yəmənin nüfuzlu xəbər agentliklərinin rəhbərləri və yüksək vəzifəli nümayəndələri iştirak edirlər.

AzərTac 2004-cü ilin sentyabrından OANA-nın üzvüdür. Azərbaycan nüfuzlu regional strukturda informasiya agentliyi ilə təmsil olunan dördüncü MDB ölkəsidir.

Bakıda keçirilən iclasda səmərəli konstruktiv müzakirələr, fikir mübadilələrinin aparılacağı, həmçinin, operativ, obyektiv və qərəzsiz informasiyaların hazırlanması və yayılması ilə bağlı faydalı təklif və tösiyələrin səsləndiriləcəyi gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti