...

Azərbaycanın "Neftçi" futbol klubu hollandiyalı məşqçi ilə razılığa gəlib

Cəmiyyət Materials 3 Sentyabr 2008 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubunun yeni baş məşqçisi Hans Yurgen Gedeyə hollandiyalı Rob Reekers kömək edəcək. Bu barədə çərşənbə günü Trend -a "Neftçi" klubunun mətbuat xidməti məlumat verib.

Trend -un arayışı: Gede "Neftçi"nin baş məşqçisi vəzifəsinə bir neçə gün əvvəl təyin olunub. O, baş məşqçi vəzifəsində ukraynalı Anatoli Demyanenkonu əvəz edib.

Hazırda vətəni Almaniyada olan Gede Azərbaycana yeni köməkçisi ilə birgə qayıdacaq.

Futbolçu kimi Hollandiyanın "Tvente", Almaniyanın "Bohum" klublarında çıxış etmiş Reekers, Hollandiya yığma komandasında da forma geyib. O, "Gütersloh", "Tvente" kimi klublarda məşqçi kimi fəaliyyət göstərib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti