...

Azərbaycandakı türkiyəli məhkumlar cəzalarını öz ölkələrində çəkmək üçün müraciət ediblər - Türkiyənin ədliyyə naziri

Cəmiyyət Materials 27 Sentyabr 2008 13:34 (UTC +04:00)
Azərbaycandakı türkiyəli məhkumlar cəzalarını öz ölkələrində çəkmək üçün müraciət ediblər - Türkiyənin ədliyyə naziri

Azərbaycan, Bakı, 27 sentyabr / Trend ,S.Kazımlı/ Azərbaycanda cəza çəkən 9 Türkiyə vətəndaşı cəzasını öz ölkəsində çəkmək üçün müraciət edib. Bu barədə Trend -a şənbə günü Azərbaycanda səfərdə olan Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin deyib.

Türkiyəli nazir bildirib ki, həmin məhkumların cəza çəkmək üçün öz ölkəsinə verilməsilə bağlı tədbirlər görülür  və müvafiq şərtlərə cavab verənlər öz ölkəsinə veriləcək.

Nazirin sözlərinə görə, Azərbaycanın cəzaçəkmə müəssisələrində 28 Türkiyə vətəndaşı cəza çəkir və onlardan ikisi qadındır.

Türkiyənin cəzaçəkmə müəssisələrində cəza çəkən Azərbaycan vətəndaşlarının sayı ilə bağlı məlumata malik olmadığını deyən  Şahin bildirib ki, hər iki ölkə arasında əldə olunmuş razılaşmaya görə, məhkumların cəza çəkmək üçün öz ölkələrinə verilməsi həyata keçirilir və bu sahədə heç bir problem yoxdur.

Türkiyəli nazir Azərbaycanda yeni cəzaçəkmə müəssisələrinin inşasına öz ölkəsinin mütəxəssislərinin  qatılacağını deyib. Türkiyənin bu sahədəki təcrübəsinin öyrənilməsi və tətbiqi məqsədilə hər iki ölkənin müvafiq qurumlarının əməkdaşlarının təcrübə mübadiləsi aparacağını deyən nazir bir neçə ildən sonra Azərbaycanda Avropa standartlarına cavab verən cəzaçəkmə müəssislərinin inşa olunacağına əminlik bildirib.

їTürkiyədə cəza evləri kamera sisteminə uyğun inşa olunur. Kameralar 1, 2 və ən çox halda 8 nəfərlik olur. Azərbaycanda yeni cəzaçəkmə müəssisələrinin inşasına yardım etmək məqsədilə öz mütəxəssislərimizi bura göndərəcəyik, sizin mütəxəssisləri isə Türkiyəyə dəvət edəcəyikї,- deyə nazir vurğulayıb.

Türkiyə ədliyyə nazirinin sentyabrın 25-də Azərbaycana başlayan rəsmi səfəri sentyabrın 27-dək davam edəcək.

2001-ci ildə Türkiyə ilə Azərbaycan ədliyyə nazirlikləri arasında əməkdaşlıq protokolu, 2002-ci ildə  їMülki, ailə və cinayət işləri üzrə hüquqi yardım haqqındaї müqavilə imzalanıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti