...

Əbu Bəkr məscidinin dini icması Nərimanov Rayon Polis İdarəsini məhkəməyə verib

Cəmiyyət Materials 6 Oktyabr 2008 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir K. Zərbalıyeva/ Əbu  Bəkr məscidinin fəaliyyətinin bərpası tələbi ilə məscidin dini icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini və Nərimanov Rayon Polis İdarəsini məhkəməyə verib.

"Nərimanov rayon dindarları dini icması"nın nümayəndəsi, vəkil Cavanşir Süleymanov bazar ertəsi Trend - a bildirib ki, bu gün Bakının Səbayel rayon məhkəməsinə Dövlət Komitəsinə qarşı iddia üzrə keçirilən prosesdə cavabdehin nümayəndəsi məscidin fəaliyyətinin onlar tərəfindən dayandırılmadığı barədə rəsmi cavab verib.

Hazırlıq iclasında məhkəmə baxışının oktyabrın 20-də keçirilməsi qərara alınıb.

Vəkil deyib ki, məscidin fəaliyyətinin bərpası ilə bağlı Dövlət Komitəsinə, Milli Təhlükəsizlik Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciət olunub. Bütün qurumlar məscidin fəaliyyətinin onlar tərəfindən dayandırılmadığını bildirib.

Nərimanov RPİ-yə qarşı ünvanlanmış müraciətə isə, oktyabrın 17-də baxılacaq.

Bu il avqust ayının 17-də saat 20:50 radələrində Bakı şəhəri Ülvi Bünyadzadə küçəsində yerləşən Əbu  Bəkr məscidinə naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində, iki nəfər hadisə yerində ölüb, 19 nəfərin sağlamlığına müxtəlif dərəcəli zərər yetirilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti