Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın kişilərdən ibarət "Azneft" voleybol klubu iki gündən sonra Avropa çempionatının (AÇ) "Çağırış kuboku"nun birinci mərhələsində mübarizəyə başlayacaq. Bu barədə Trend -a Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) mətbuat xidməti məlumat verib.
Azərbaycan voleybolçuları "Çağırış kuboku"nda ilk oyunlarını oktyabrın 11-də Belarusun "Metallurq" klubuna qarşı keçirəcəklər. Görüş saat 18.00-da başlayacaq.
"Azneft"lə "Metallurq" arasındakı ilk görüş Quba Olimpiya İdman Kompleksində, cavab oyunu isə oktyabrın 18-də Belarusda keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]