...

Hakimlər Komitəsi Azərbaycan Premyer - Liqasının oyunlarını idarə edən iki hakimi cəzalandırıb

Cəmiyyət Materials 9 Oktyabr 2008 18:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Hakimlər Komitəsi iki hakimi cəzalandırıb. Bu barədə Trend -a AFFA - nın mətbuat xidməti məlumat verib.

Komitə Azərbaycan Premyer-Liqasının 6 - cı turunda "Qarabağ" - "Simurq" oyununu idarə etmiş Anar Niyazovu üç, 7 - ci turda "Bakı" - "Olimpik" görüşündə baş hakim olmuş Fariz Yusifovu beş oyunluq cəzalandırıb.

Hər iki hakim idarə etdiyi oyunda yol verdiyi nöqsanlara görə cəzalandırılıb.

Hakimlər Komitəsinin qərarına görə, Yusifov və Niyazov oyun təcrübələrini itirməmək üçün, cəzalı olduqları müddətdə birinci divizionun və əvəzedici komandaların oyunlarını idarə edəcəklər.

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti