...

Azərbaycanın cənubundakı Lənkəran şəhərində qəzalı vəziyyətdə olan binanın sakinləri yeni binaya köçürülüb

Cəmiyyət Materials 13 Oktyabr 2008 14:35 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 13 oktyabr / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın cənubunda yerləşən (paytaxt Bakıdan 270 kilometr aralı) Lənkəran şəhərində qəzalı vəziyyətdə olan binanın sakinləri yeni binaya köçürülüb.

Bu gün Lənkəranın Şəhidlər xiyabanı küçəsində qəza vəziyyətinə olan 46/2 saylı binanın sakinləri üçün dövlət tərəfindən yeni yaşayış binasının açılışı olub.

Binanın tikintisinə 2007-ci ilin birinci rübündə Fövqaladə Hallar Nazirliyinin sifarişi ilə başlanılıb. Tikinti üçün Şəhidlər xiyabanı küçəsində 40 sot torpaq sahəsi ayrılıb. Layihəyə əsasən ən müasir görünüşdə olan yeni yaşayış binası əvvəlki kimi 40 mənzilli, 5 mərtəbəlidir.

Burada 10 dördtotaqlı, 20 üçotaqlı, 10 ikiotaqlı mənzil var. Köçürüləcək ailələrin hər birinə əvvələr sahib olduqları qədər otaq ayrılıb. Təhlükəsizlik tədbiri kimi, binanın özülü kifayət qədər torpağın alt səthində yerləşdirilməklə 60 tonluq 1 metr qalınlığında sementdən hazırlanıb. Bu isə yüksək ballıq zəlzələyə davamlılığı təmin edəcək.

Qəzalı binadan fərqli olaraq binada zirzəmi qapalı formada inşa olunub. Bu da Lənkəranda bu üsulla tikilən ilk yaşayış binasıdır. 750 kvadratmetr sahəsi olan bina sakinlərinə tam təmirli şəkildə təvil verilib.

Yeni binanın açılışında iştirak edən fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev1jurnalistlərə bildirib ki, Lənkəranda nazirlik tərəfindən 12 qəzalı bina qeydiyyata alınıb. Həmin qəzalı binalar tədricən əsaslı təmir olunacaq.

46/2 saylı bina ötən ilin martından qəzalı vəziyyətə düşüb. Fövqəladə Hallar Nazirliyinin Baş Dövlət Layihə İnstitutunun ekspertlərinin rəyindən sonra sakinlər dərhal binadan köçürülüb. Bu müddətdə kirayə mənzillərdə yaşayan vətəndaşlara hər ay dövlət tərəfindən 100 manat müavinət verilib.

Qəzalı bina ötən əsrin 70-ci illərində inşa edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti