...

Azərbaycanın futbol üzrə yığma komandasının baş məşqçisi Almaniyaya gedib

Cəmiyyət Materials 16 Oktyabr 2008 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə yığma komandasının almaniyalı baş məşqçisi Berti Foqts Almaniyaya gedib. Bu barədə Trend -a baş məşqçinin yığma komandadakı köməkçisi Elxan Abdullayev məlumat verib.

Foqts Almaniyaya Bəhreynlə Azərbaycan yığması arasında keçirilən yoldaşlıq oyunundan sonra gedib.

Bəhreynlə Azərbaycan millisi arasında yoldaşlıq oyunu oktyabrın 15-də keçirilib və azərbaycanlı futbolçular 2:1 hesabı ilə qələbə qazanıblar.

Almaniyaya yığma komandadakı alman köməkçiləri ilə birikdə gedən Foqtsun Azərbaycana noyabrın 7-8-də qayıdacağı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti