Azərbaycan, Bakı, 29 oktyabr/Trend Life, müxbir Eldar Hüseynzadə/
Azərbaycanın Əməkdar incəsənət xadimi, SSRİ xalq artisti, bəstəkar Arif Məlikov böyük müğənni Müslüm Maqomayevlə vidalaşmağa gəlmiş digər incəsənət xadimləri kimi, öz düşüncə və hisslərini jurnalistlərlə bölüşüb:
"Deyirlər, əvəzolunmaz insan yoxdur. Lakin belə insanlar var: Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov və eləcə də, Müslüm Maqomayev belələrindən olub. İlk baxışdan adama elə gəlir ki, çoxdur. Əslində, onların sayı çox- çox azdır və hazırda biz yerini doldurmağın zəruri olduğu itkilər dövrünü yaşayırıq. Azərbaycan xalqı istedadlıdır və əminəm ki, ölkəmizdə yeni Müslümlər yetişəcək. Onlar Maqomayevi əvəz etməsələr də, onun yetişdiyi yüksəkliklərə çatacaqlar. Müslüm Maqomayev gənclər üçün gözəl nümunədir. Yaxşı ki bu böyük sənətkarın gələcək müğənnilərin dinləyərək öyrənəcəkləri çox sayda yazısı qalıb. Onun yaradıcılığı özlüyündə gözəl məktəbdir. Və əlbəttə ki, Maqomayev heç zaman unudulmayacaq".
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]