Azərbaycan, Bakı, 24 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın Peşəkar Futbol Liqası (PFL) "Xəzər-Lənkəran" klubunun rəhbərliyinə məktubla müraciət edəcək.
""Xəzər-Lənkəran" - "Qarabağ" oyununda Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun Lənkəran şəhər stadionunun diktoru tərəfindən təhqir olunması bizi təəssüfləndirdi. bununla bağlı "Xəzər-Lənkəran" klubunun rəhbərliyinə, stadion direktorunun cəzalandırılması xahişi ilə müraciət hazırlayırıq", - bazar ertəsi PFL-in prezideni Ramin Musayev Trend -a deyib.
Trend -un arayışı: Dünən Premyer - Liqanın 12 - ci turu çərçivəsində keçirilən oyunda "Xəzər - Lənkəran" öz meydanında "Qarabağ"a 1:3 hesabı ilə məğlub olub. Oyundan sonra Lənkəran şəhər stadionunun diktoru Elşən İmaməliyev Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu təhqir edib. İmaməliyev sonradan Məmmədovu təhqir etmədiyini, ancaq oyunla bağlı fikirlərini bildirdiyini deyib.
PFL prezidenti deyib ki, stadion diktorunun hərəkətlərinə görə, klub rəhbərliyi məsuliyyət daşımır.
"İmaməliyevin hərəkətlərinə görə, "Xəzər-Lənkəran" rəhbərliyi məsuliyyət daşımır. Buna görə, klubu cəzalandırmaq da düzgün deyil".
Musayev bildirib ki, Lənkəran stadionunda baş verənlərlə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsi qərar çıxaracaq.
"Meydana kənar əşyaların atılması ilə bağlı məlumatımız var. Yəqin ki, bununla bağlı İntizam Komitəsi bu gün qərar verəcək", - deyə Musayev əlavə edib.
"Xəzər-Lənkəran" - "Qarabağ" oyunu zamanı azarkeşlər meydançaya kənar əşyalar atıb, hakimləri təhqir ediblər və komandanın türkiyəli baş məşqçisi Rasim Karanı isefaya çağırıblar.
İmaməliyev isə Trend -a açıqlamasında Hakimlər Komitəsinin sədrinə qarşı təhqiredici ifadələr işlətmədiyini bildiribMəqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]