Azərbaycan, Bakı, 25 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın 17 yaşlı futbolçulardan ibarət yığma komandası (U-17) "Simurq" klubu ilə yoxlama oyunu keçirəcək. Bu barədə Trend -a klubun mətbuat xidməti məlumat verib.
Mətbuat xidmətinin məlumatına görə, "Simurq"un əvəzedici heyəti ilə U-17 arasındakı yoxlama oyunu bu gün Zaqatala şəhər stadionunda keçiriləcək.
Yığma komanda bir həftədir ki, Zaqatalada təlim-məşq toplanışı keçir.
U-17-nin baş məşqçisi almaniyalı Bernhard Lippertdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]