...

Azərbaycanlı futbolçunun Türkiyə klubuna keçidində problem yaranıb

Cəmiyyət Materials 12 Yanvar 2009 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar/ Trend , müxbir R.Ergün/ Türkiyənin "Kocaelispor" klubu futbol üzrə Azərbaycan yığma komandasının kapitanı Rəşad Sadıqovu transfer etməyə bilər. Bu barədə Türkiyə mətbuatı məlumat verib.

Hazırda "Kocaelispor"un düşərgəsində olan Sadıqov klub rəhbərliyi ilə danışıq aparır.

Türkiyə Super Lqasında çıxış edən "Kocaelspor"da maliyyə problemləri olduğu üçün klub rəhbərliyi həm futbolçularla, həm də baş məşqçi ilə müqavilə bağlaya bilmir.

Müqavilə ilə Bakının "Neftçi" klubuna məxsus olan Sadıqovun Türkiyənin başqa bir neçə klubu ilə də transfer danışıqları apardığı bildirilir.

Sadıqov əvvəllər Türkiyənin "Kayserispor" klubunda çıxış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti