...

AŞ PA-da azərbaycanlıların Ermənistandan deportasiyasının 60 illiyi ilə bağlı yazılı bəyanat qəbul edilib

Cəmiyyət Materials 28 Yanvar 2009 15:10 (UTC +04:00)
AŞ PA-da azərbaycanlıların Ermənistandan deportasiyasının 60 illiyi ilə bağlı yazılı bəyanat qəbul edilib

Fransa, Strasburq, 28 yanvar / Trend , müxbir A. Məhərrəmli/ Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) azərbaycanlıların Ermənistandan deportasiyasının 60 illiyi ilə bağlı yazılı bəyanat yayılıb.

"Stalin hakimiyyəti dövründə deportasiya olunan bütün xalqların öz yurd-yuvalarına dönmə haqqı tanınıb. Amma 1948-53-cü illərdə Ermənsitandan öz tarixi ata-baba yurdlarından deportasiya olunan azərbaycanlıların geri qayıtmaq haqqını bu günə qədər Ermənistan tərəfi tanımaq istəmir. 60 ildən artıqdır ki, Ermənistan tərəfi həmin insanların fundamental insan haqlarını pozur", - Trend -un məlumatına görə, çərşənbə günü AŞ PA-nın sessiyasında Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevnın hazırladığı yazılı bəyanatında deyilir.

Trend -un arayışı: XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiya əməliyyatı - 1948-1956, 1987-1988-ci illər adlı - dörd mərhələyə bölünür. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub. Ermənistan Sovet Respublikası qurulduqdan sonra burada azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub. Ancaq ermənilər bununla da kifayətlənməyib. Addəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəz edilib.

Sözügedən bəyanat AŞ PA-nın sənədi kimi tanınması üçün Böyük Britaniya, Almaniya, Türkiyə, Latviya, Estoniya, Bolqarıstan, Albaniya kimi ölkələrdən olan  20-dən çox millət vəkilləri tərəfindən imzalanaraq, qurumun yazılı Bəyanatı kimi qəbul edilərək yayılıb.

"Rəsmi İrəvan 60 il əvvəl Ermənistandan deportasiya olunan 150 min azərbaycanlının öz yurd-yuvasına dönmək haqqını tanımamaq və təmin etməməklə bu insanların təməl haqlarını pozmaqda davam edir. Azərbaycanlılar isitisna olmaqla, Stalin dövründə deportasiya olunan bütün xalqların öz vətənlərinə geri dönüş haqqı tanınıb və təmin olunub. Bu gün  yalnız azərbaycanlılar bu haqlardan mərhumdurlar", - sənəddə qeyd olunub.

Sənəddə vurğulanıb ki, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin laqeyd münasibəti nəticəsində 1988-ci ildə Ermənistan bu gün Avropa Şurasının da qarşı çıxdığı monoetnik dövlət yaratmaq siyasətini davam etdirərək, bütün azərbaycanlıları öz doğma yurd-yuvalarından qovub. Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 300 min azərbaycanlı öz tarixi ata-baba yurdundan zorla qovulub.

Bəyanatda qeyd edilib ki, insan haqlarını özünün prioriteti elan edən AŞ PA, habelə təşkilata üzv ölkələr azərbaycanlılara qarşı törədilən bu cinayətləri pisləyir və AŞ üzv ölkələrini 1948-53, 1988-ci illərdə öz tarixi vətənlərindən deportasiya olunan, zorla qovulan azərbaycanlıların öz yurdlarına dönməsi kimi təməl haqlarının tanınması və təmin edilməsi üçün Ermənistana qarşı sərt təsir və təzyiq mexanizmlərini işə salmağa çağırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti