...

Azərbaycan tarixçilərinin "26 Bakı Komissarı" abidəsinin qalıqları ilə bağlı rəyləri müxtəlifdir

Cəmiyyət Materials 29 Yanvar 2009 15:12 (UTC +04:00)
Azərbaycan tarixçilərinin "26 Bakı Komissarı" abidəsinin qalıqları ilə bağlı rəyləri müxtəlifdir

Azərbaycan, Bakı, 29 yanvar/ Trend , müxbir E.Rüstəmov/ Azərbaycan tarixçilərinin "Sahil" bağında "26 Bakı Komissarı" abidəsinin qalıqları ilə bağlı rəyləri müxtəlifdir.

Paytaxtın İcra Hakimiyyəti Bakının mərkəzi "Sahil" bağında parkın yenidən qurulması və onun altında avtomobil dayanacağının tikilməsi ilə əlaqədar, bu ərazidə yerləşən "26 Bakı Komissarı" abidəsinin sökülməsi barədə qərar qəbul edib. Qazıntılar zamanı 26 yox, 23 nəfərin qalıqları aşkar olunub.

"KİV-in "Sahil" parkında qazıntılar zamanı aşkar edilmiş qalıqların 26 Bakı komissarına aid olmaması barədə məlumatları uydurmadan başqa bir şey deyil", - Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov cümə axşamı Trend -a bildirib.

"Mən qalıqların torpaqdan çıxarılması və onların yenidən basdırılması prosesində iştirak etmişəm. Və mən orada yanaşı düzülmüş 23 cəsədin tapılması faktını təsdiqləyirəm. Həlak olanların yaşı 20-50 arası olub", - Mahmudov deyib.

Sovet İttifaqının tarixi əsasında, 1918-ci ildə bir neçə ay ərzində Bakıda Xalq Komissarları Şurasına rəhbərlik etmiş 26 Bakı komissarı ingilis ekspedisiya korpusu tərəfindən 1918-ci il sentyabrın 20-də Mərkəzi Asiyada, hazırkı Türkmənistan ərazisində güllələnib. 1920-ci ldə onların qalıqlarını Bakıya gətirib və burada basdırıblar.

"Bəziləri yazır ki, "Sahil" bağında tapılmış qalıqların kimə məxsus olduğunu müəyyən etmək qeyri-mümkündür. Bəs onda antropologiya və məhkəmə-tibb ekspertizası nə üçündür? Bir tükün köməyi ilə onun Napoleona məxsus olduğunu müəyyən edirlərsə, biz də qalıqların kimə məxsus olduğunu müəyyən edə biləcəyik", - Mahmudov deyib.

Alimin sözlərinə görə, əvvəllər heç kim parkda 26 deyil, 23 nəfərin qalıqlarının basdırıldığını bilmirdi.

"Bizə xalqımızı məhv edən, sonra isə sərvətimizi ələ keçirərək qaçan bu üç nəfərin kim olması maraqlıdır", - Mahmudov deyib.

Azərbaycanlı tarixçi alim Eldar İsmayılov abidənin altından tapılmış cəsədlərin 26 Bakı komissarına məxsus olmadığını istisna etmir.

"Kim sübut edə bilər ki, bu, 26 komissarın qalıqlarıdır. Belə ki, onların güllələnməsi və yenidən basdırılması arasında iki il vaxt keçib və cəsədlərin hansı vəziyyətdə olduğunu təsəvvür etmək çətin deyil", - İsmayılov deyib.

İsmayılovun sözlərinə görə, o dövrdə vətəndaş müharibəsi getdiyi üçün komissarların yerində digər insanlar da güllələnib, Şaumyanın sağ qalması və Hindistana keçməsi isə məntiqəuyğun deyil. "Nə üçün Şaumyan Hindistana getməliydi? O sağ qalsaydı geri qayıdar və Sovet İttifaqında yaxşı vəzifə alardı", - İsmayılov hesab edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti