...

Bədii gimnastika üzrə Bakı birinciliyinə start verilib (video)

Cəmiyyət Materials 6 Fevral 2009 13:49 (UTC +04:00)
Bədii gimnastika üzrə Bakı birinciliyinə start verilib (video)

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir R.Ergün/ Olimpiya İdman Kompleksində cümə günü bədii gimnastika üzrə sayca XVI Bakı birinciliyinə start verilib.

Birincilikdə "Neftçi" İSM, Bakı Gimnastika Məktəbi, Respublika Komleksi İdman Məktəbi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti və Həmkarlar İttifaqının idmançıları mübarizə aparırlar.

Bədii gimnastika birinciliyində 47 gimnast, həmçinin Gəncəni təmsil edən 8 idmançı da müsabiqədənkənar iştirak edir.

Bakı birinciliyində iştirak edən gimnastlar üç yaş qrupu üzrə mübarizə aparırlar: 1995-97, 1998-99 və 2000-01-ci il təvəllüdlü idmançılar.

Paytaxt birinciliyinə sabah yekun vurulacaq. Yarış bu ilin aprel ayında keçiriləcək bədii gimnastika üzrə Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyır.

Azərbaycan gimnastlarının 2008-ci ildə keçirilən Pekin Olimpiadasında iştirakı uğurlu olub. Qrup üzrə komanda və fərdi şəkildə çıxış edən Aliyə Qarayeva Olimpiadanın final mərhələsinə vəsiqə qazanmışdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti