...

Türkiyənin "Kocaelispor" futbol klubu Superliqa oyununda məğlub olub

Cəmiyyət Materials 16 Fevral 2009 11:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir R.Ergün/ Türkiyənin "Kocaelispor" klubu azərbaycanlı futbolçu Rəşad Sadıqovun iştirak etdiyi oyunda "Kayserispor" komandasına 1:2 hesabı ilə məğlub olub. Bu barədə Türkiyə mətbuatı məlumat verib.

Türkiyə Superliqasının 20-ci turu çərçivəsində keçirilən oyunda Sadıqov 90 dəqiqə meydanda olub.

Görüşün ikinci hissəsində top cərimə meydançası daxilində Sadıqovun əlinə toxunduğu üçün oyunun baş hakimi "Kocaelispor" komandasının qapısına on bir metrlik zərbə təyin edib. "Kayserispor"un futbolçusu cərimə zərbəsini dəqiq yerinə yetirib.

"Kocaelispor"da çıxış edən digər azərbaycanlı futbolçu - Ramal Hüseynov "Kayserispor"la oyunda iştirak etməyib.

Hazırda hesabında 12 xalı olan "Kocaelispor" 17-ci yerdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti