...

Azərbaycan hökuməti ABŞ-ın təklifinin hüquqi aspektlərini nəzərdən keçirir

Cəmiyyət Materials 3 Mart 2009 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir C.Babayeva /  

Azərbaycan hökuməti ABŞ-ın radiostansiyaların qarşılıqlı yayımı barədə təklifinin hüquqi aspektlərini nəzərdən keçirir.

"Yaxın günlərdə hökumət bu məsələ ilə bağlı öz fikrini bildirəcək", - deyə çərşənbə axşamı jurnalistlərə Azərbaycan Prezidenti İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Milli Televiziya və Radio Şurasının qərarı ilə 2009-cu il yanvarın 1-dən ölkənin "Teleradioyayım haqqında" Qanununa əsasən, BBC, "Azadlıq Radiosu" və "Amerikanın Səsi" radiostansiyalarının Azərbaycan milli tezliklərində yayımı dayandırılıb. Xarici radiostansiyalar İnternet və ya kabel şəbəkəsi vasitəsilə yayımlana bilər.

ABŞ Azərbaycana milli tezliklərdə "Azadlıq" və "Amerikanın səsi" radiolarının yayımının bərpası müqabilində radiostansiyaların qarşılıqlı yayımını təklif edib.

Birləşmiş Ştatların ölkəmizdəki səfiri Enn Dersi əvvəllər jurnalistlərə bildirib ki, ABŞ-ın Yayım Şurasının nümayəndələri bu radiostansiyaların yayımının bərpası üzrə ilkin variantı Azərbaycana təqdim ediblər.

Yayımın bərpası üzrə ilkin variant dövlətlərarası saziş əsasında nəzərdə tutlur. Bu varinata görə, Azərbaycan radiostansiyalarına verilişlərini ABŞ-da ingilis dilində yayımlamaq hüququ verilir.

Xəbər lenti

Xəbər lenti