...

Azərbaycanın cənubunda HİV daşıyıcıları aşkar edilib

Cəmiyyət Materials 5 Mart 2009 10:48 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 05 mart / Trend , müxbir P.Əliyeva /

Azərbaycanın cənubunda yerləşən Lənkəranda (paytaxt Bakıdan 270 km məsafədə) son 2 ayda 6 HİV daşıyıcısı aşkar edilib, Lənkəran rayonlararası Narkoloji Dispanserin baş həkimi Vüqar Əliyev cümə axşamı Trend -a məlumat verib.

54 narkomanın qan analizlərinin müayinəsi zamanı HİV virusu müəyyən edilib.

Onların inyeksiya yolu ilə yoluxduqları müəyyən edilib və qan nümunələri təsdiqlənməsi üçün Bakıya göndərilib.

HİV daşıyıcılarının 30-35 yaş aralarında olduğu bildirilir. Rayonda HİV daşıyıcılarının sayı 168-ə çatıb.

Baş həkimin sözlərinə görə, 2009-cu ilin bu gününədək narkodispanserdə 1123 narkoman qeydiyyatdadır. Onlardan 19-u son iki ayda qeydiyyata götürülüb.

Hazıda cənub bölgəsində 292 QİÇS-li xəstə var və onların 82 faizini kişilər təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti