...

Azərbaycanda məhkəmənin açıqlığı prinsipi daha çox Ali və Bakı Apellyasiya məhkəmələrində pozulur - hesabat

Cəmiyyət Materials 11 Mart 2009 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda məhkəmənin açıqlığı prinsipi daha çox Ali və Bakı Apellyasiya məhkəmələrində pozulur, - Trend -un məlumatına görə, Hüquq Maarifçiliyi Cəmiyyətinin 2006-cı ilin may ayından reallaşdırdığı məhkəmə proseslərinin monitorinqi proqramı çərçivəsində hazırladığı hesabatda bu barədə qeyd olunub.

Hesabat 2008-ci ilin iyul-dekabr aylarını əhatə edir. Nəticədə 100-ə yaxın mülki və cinayət işləri üzrə məhkəmə prosesi müşahidə olunub.
Müşahidə aparılan proseslər əsasən dövlət orqanlarına qarşı və vəzifəli şəxslərin qanunsuz hərəkəti ilə bağlı, şərəf və ləyaqətin müdafiəsi, sərbəst toplaşmaq və birləşmək azadlığının və informasiya əldə etmək hüququnun pozuntusu ilə bağlı işləri əhatə edir.

Hesabatda təqsirsizlik prizumsiyası, ədalətli məhkəmə araşdırması, hüquqi yardım almaq hüququ, müstəqillik və qərəzsizlik prinsipləri ilə bağlı pozuntular yer alıb.

Hesabatda media sahəsindəki işlərə xüsusi yer ayrılıb. Monitorinq zamanı həmin işlərə baxılarkən yerli və beynəlxalq qanunvericiliyin pozuntusu hallarına yol verildiyi əks olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti