...

Dünya maliyyə böhranı Azərbaycanda gənclər siyasəti sahəsində layihələrin həyata keçirilməsinə təsir göstərmir – nazir müavini

Cəmiyyət Materials 24 Mart 2009 18:14 (UTC +04:00)
Dünya maliyyə böhranı Azərbaycanda gənclər siyasəti sahəsində layihələrin həyata keçirilməsinə təsir göstərmir – nazir müavini

Azərbaycan, Bakı, 24 mart / Trend , müxbir C.Babayeva /

Dünya maliyyə böhranı Azərbaycanda gənclər siyasəti sahəsində yerli və beynəlxalq layihələrin həyata keçirilməsinə təsir göstərmir, - çərşənbə axşamı jurnalistlərə gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib. 

"Azərbaycanın Gənclər və İdman Nazirliyi gənclər siyasəti sahəsində layihələri təxirə salmaq niyyətində deyil. Gənclər siyasəti ilə bağlı təcrübə mübadiləsi sahəsindəki bütün beynəlxalq layihələr həyata keçiriləcək", - nazir müavini deyib.

Onun sözlərinə görə, nazirlik gənclərin effektiv məşğulluğuna dair milli fəaliyyət planının layihəsini hazırlayır. "Bu il qəbul olunması gözlənilən planın layihəsi dövlətin məşğulluq siyasəti çərçivəsində hazırlanır. Planda, həmçinin dünya maliyyə böhranının gənclərə təsirinin qarşısının alınması da nəzərdə tutulub", - nazir müavini deyib.  

Babayev hesab edir ki, plan uğurla həyata keçiriləcək. "Planın hazırlanmasına yalnız yerli deyil, həmçinin beynəlxalq ekspertlər də cəlb olunub", - o, deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti