...

Ötən il Azərbaycana gələn turistlərin sayı 1 mln. 400 min nəfərdən çox olub - nazir

Cəmiyyət Materials 23 Aprel 2009 12:19 (UTC +04:00)
Ötən il Azərbaycana gələn turistlərin sayı 1 mln. 400 min nəfərdən çox olub - nazir

Azərbaycan, Bakı 23 aprel,  / Trend /

Ciddi maliyyə böhranına baxmayaraq, 2008-ci ilin yekunu üzrə Azərbaycana gələn turistlərin sayı 2007-ci il ilə müqayisədə  39,4% artıb və 1 mln. 400 min nəfərdən çox olub. Bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında bildirib.

Nazir bildirib ki, ölkədə 230 turist şirkəti, 370 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Qarayev qeyd edib ki, hazırda 35 mehmanxananın tikintisi aparılır.

"Maliyyə statistikası dövlətin turizm və mədəniyyət sahəsinə qayğısını nümayiş etdirir. 2009-cu ildə bu sahəyə 2008-ci il ilə müqayisədə 11,7% çox vəsait ayrılıb. 2006-cı il ilə müqayisədə cari ildə Mədəniyyət və Turizm Nazirliyi üzrə büdcə xərcləri 3.7 dəfə artıb", - deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti