...

Azərbaycanda qadınlardan ibarət futbol klublarının çempionatının keçirilməsi nəzərdə tutulur

Cəmiyyət Materials 27 Aprel 2009 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanda qadınlardan ibarət futbol klublarının çempionatının keçirilməsi nəzərdə tutulur.

"Təəssüf  ki, hazırda Azərbaycanda qadınlardan ibarət klubların çempionatı keçirilmir. Tezliklə bu problemin aradan qaldırılmasına çalışmalıyıq. Hesab edirəm ki, xüsusilə regionlarda qadın futbolunun inkişafı ilə bağlı tədbirlər həyata keçirilməlidir", - Trend -un məlumatına görə, bazar ertəsi Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) rəsmi saytına qurumun birinci vitse-prezidenti, millət vəkili Rauf Əliyev bildirib.

Əliyev deyib ki, UEFA qadın futbolunun inkişafına xüsusi diqqət və həssaslıqla yanaşır.

"Qadınlardan ibarət klublarımız arasında çempionat təşkil olunarsa, yığma komanda üçün də seçim imkanları genişlənər", - AFFA-nın birinci vitse-prezidenti əlavə edib.

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması hazırda Portuqaliyada keçirilən Avropa çempionatının ikinci seçmə mərhələ oyunlarında iştirak edir. Yığmamız qrup mərhələsi çərçivəsində keçirdiyi iki oyunda - Portuqaliya üzərində 1:0 hesabla qələbə çalıb. Uels yığması ilə heç-heçə edib (2:2).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti