Azərbaycan, Bakı, 04 may / Trend , müxbir C.Babayeva /
Azərbaycan Milli Emlər Akademiyası (AMEA) Geologiya İnstitutu yeni "Azərbaycanın palçıq vulkanlarının püskürmə kataloqu (1810-2007)" adlı kitab nəşr etdirib.
Akademik İbrahim Quliyev, geologiya-mineralogiya elmləri doktorları Adil Əliyev və Rahid Rəhmanovun müəllifləri olduğu kitab ingilis və rus dillərində çap edilib, AMEA-nın Geologiya İnstitutunun bazar ertəsi yaydığı məlumatda bildirilib.
Kitabda Azərbaycanda palçıq vulkanlarının püskürmə tarixinin xronoloji ardıcıllığı, palçıq vulkanizmi, vulkanların yer üzərinə çıxardığı materiallar və s. haqda da məlumatlar öz əksini tapıb.
Kitab Azərbaycanda palçıq vulkanlarının püskürmə tarixinə aid ikinci nəşrdir. 2001-ci ilin nəşrindən fərqli olaraq bura xeyli əlavələr və redaktələr olunub.
Son 200 ildə Azərbaycan ərazisində geniş yayılmış palçıq vulkanlarından 93-nün ümumən 387 dəfə püskürməsi faktı qeydə alınıb. Azərbaycanda 350-ə yaxın palçıq vulkanı aşkar edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]