Azərbaycan, Lənkəran, 08 may / Trend , müxbir P.Əliyeva /
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar marafon başa çatıb.
Beynəlxalq marafonlar mükafatçısı Bakı sakini Hacı Vidadi Qurbanovun paytaxtdan başlayan növbəti qaçış marafonu Lənkəranda sona çatıb. Mayın 5-dən ümummilli lider Heydər Əliyevin abidəsi önündən əlində Azərbaycanın milli bayrağı ilə start götürən marafonçu dörd gün ərzində Salyan, Cəlilabad və Masallını keçərək, nəhayət mayın 8-də saat 15:00-da Lənkərana çatıb.
52 yaşlı marafonçu Ulu Öndərə olan sevgisini ifadə edərək, bundan qürur duyduğunu, bütün rayonlarda yüksək səviyyədə gül-çiçəklə qarşılandığını, özünü gənc və xoşbəxt hiss etdiyini bildirib.
Onu "Neftçi" idman sağlamlıq mərkəzinin baş həkimi Rüstəm Yarməmməd oğlu müşayiət edib.
Həkim marafonçunun müntəzəm müayinə edildiyini, səhhətində heç bir problem yaranmadığını bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]