...

Azərbaycanın ədliyyə orqanlarındakı boş yerlərə namizədlərin yarıdan çoxu regionları təmsil edir

Cəmiyyət Materials 23 May 2009 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may / Trend , müxbir C.Babayeva /

Bu gün Azərbaycan ədliyyə orqanlarındakı boş yerlərə test imtiahanları keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Ədliyyə Nazirliyi tərəfindən keçirilən imtahanda dövlət, özəl, xarici ali təhsil müəssisələrini bitirmiş 220 namizəd iştirak edir.

"Namizədlərin yarıdan çox regionları təmsil edir", - şənbə günü jurnalistlərə ƏN kadrlar şöbəsinin rəisi Rauf Məhərrəmov məlumat verib. "Namizədlərin çoxu Bakı Dövlət Universitetini bitirənlərdir. Namizədlərin 25 faizi qadınlardır. Boş yerlərin sayı namizədlərin sayından çoxdur", - o deyib. 

Məhərrəmovun sözlərinə görə, boş iş yerləri qeydiyyat orqanlarında, penitensiar xidmətdə və başqa ədliyyə orqanlarındadır.

Namizədlərin hüquqi bilikləri, məntiqi və ümumi dünyagörüşünü yoxlamaq üçün tərtib olunan 100 sual üç saat ərzində cavablandırılmalıdır.

Hüquq istiqamətli suallar bir, digərləri 0,5 balla qiymətləndirilir. 90 mümkün baldan 55-ni toplamış namizəd ikinci mərhələ - müsahibə mərhələsinə vəsiqə qazanır.

Nəticələr bu gün, TQDK-nın rəsmi saytında, günün ikinci yarısında yerləşdiriləcək. BDU-da keçirilən imtahanın gedişini 40 yerli və beynəlxalq müşahidəçi izləyir.

Ədliyyə orqanlarındakı boş yerlərə ilk imtahan 2006-cı ildə keçirilib. Son illər bu yolla 600 nəfər Azərbaycan ədliyyə orqanlarına işə qəbul edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti