...

Azərbaycanın gimnastika üzrə qrup komandası beynəlxalq turnirin bürünc medalçısı olub

Cəmiyyət Materials 8 İyun 2009 13:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyun / Trend , müxbir А.Hüseynbala /

Azərbaycanın gimnastika üzrə qrup komandası Polşada keçirilən Baltic Cup beynəlxalq turnirinin bürünc medalçısı olub.

Vəfa Hüseynova, Valeriya Yeqay, Anastasiya Prasolova, Dina Qorina, Ceyla Quliyeva və Nigar Mirzəyevadan ibarət heyət üç lent və iki ipdən ibarət finalda üçüncü yeri tutub. "Bizim bürünc medalçılar yalnız ruslara və xalça sahiblərinə məğlub oldular", - Trend -a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Azərbaycanın gimnastika üzrə milli komandasının baş məşqçisi Mariana Vasilyevanın sözlərinə görə, qarışıq növlərdə komanda yaxşı təsir bağışlayıb və israilli qızları arxada qoymağı bacarıb.

"Deyərdim ki, bizim kompozisiyalar hamının xoşuna gəlir, həm hakimlərin, həm də tamaşaçıların. Onlara oynaq və şəndir. Ancaq hələ ki, gimanstlarımız bütün elementləri yetərincə düzgün yerinə yetirə bilmirlər və biz məşqçilər bunu aradan qaldıracağıq. Sentyabrda Yaponiyada keçiriləcək dünya çempionatına qədər mən tanınmış klub "Levski"də ayyarımlıq toplanış və Qara dəniz kurortu Burqasdakı "Mladost" zalında məşqlərin davamını nəzərdə tutmuşam. Toplanışa qədər və ondan sonra isə komanda Amsterdam və Minskdə Dünya Kubokunun növbəti mərhələsində çıxış edəcək", - baş məşqçi məlumat verib.

Polşada fərdi turnirdə çıxış etmiş Samirə Mustafayeva yarışların iki finalında iştirak edib. Ən yaxşı nəticəni o, topla göstərib - beşinci yer. Təmsilçimiz iplə yarışmada səkkizinci olub. Ümumi hesabda Samirə altıncı yeri tutub. Mükafatçılar sırasında isə rus Darya Yermakova və Yana Lukanina, həmçinin polşalı İohanna Mitroş yer alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti