...

Estoniyadakı Azərbaycan məktəbinin müdiri Bakıya gəlib

Cəmiyyət Materials 9 İyul 2009 15:16 (UTC +04:00)
Estoniyadakı Azərbaycan məktəbinin müdiri Bakıya gəlib

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir A.Hüseynbala /

Estoniyadakı həftəsonu Azərbaycan məktəbinin müdiri, Tallində fəaliyyət göstərən "Turan" Estoniya-Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri Sərvinaz Kərimova Bakıya gəlib.

"Kərimova 3 ay əvvəl Tallində çap olunan "Azərbaycanlılar" kitabının əsas müəllifidir", - cümə axşamı Trend -a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Eston dilində nəşr olunan bu kitab Estoniya Təhsil Nazirliyinin tədris proqramına əsasən tərtib edilib. "Nazirliyin "Estoniyada yaşayan milli azlıqlarla tanışlıq" layihəsi çərçivəsində hazırlanan kitab dərslik kimi nəzərdə tutulub. Bu layihə çərçivəsində digər bir neçə tədbirin görülməsi də planlaşdırılıb. Buraya estondilli məktəblərdə Azərbaycan dekorativ tətbiqi sənətinə dair kursların açılması, məktəblərdə "Azərbaycanı tanıtım" həftəsinin keçirilməsi daxildir", - məlumatda qeyd edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti