...

Kilimancaro dağına birinci Azərbaycan ekspedisiyası uğurlu elmi tədqiqat işləri həyata keçirib

Cəmiyyət Materials 18 Avqust 2009 11:16 (UTC +04:00)
Ekspedisiya üzvləri yol boyu Kilimancaro dağındakı unikal Kibo vulkanının üzə çıxardığı yeraltı süxurları, eyni zamanda bu ərazidə mövcud olan müxtəlif qiymətli bioloji nümunələri öyrənib, meteoroloji və geoloji müşahidələr aparıblar.
Kilimancaro dağına birinci Azərbaycan ekspedisiyası uğurlu elmi tədqiqat işləri həyata keçirib

Azərbaycan, Bakı, 18 avqust / Trend , müxbir C.Babayeva / 

Kilimancaro dağına birinci Azərbaycan ekspedisiyası yürüş zamanı əvvəlcədən nəzərdə tutulan elmi tədqiqat işlərini uğurla həyata keçirib.

Ekspedisiya üzvləri yol boyu Kilimancaro dağındakı unikal Kibo vulkanının üzə çıxardığı yeraltı süxurları, eyni zamanda bu ərazidə mövcud olan müxtəlif qiymətli bioloji nümunələri öyrənib, meteoroloji və geoloji müşahidələr aparıblar.

Eyni zamanda ekspedisiya üzvləri qət etdikləri marşrut boyu hər iqlim qurşağında qarşılaşdıqları biomüxtəlifliyi yaxından tədqiq edib, həmçinin quşlar, məməli heyvanlar və entomofaunaya aid unikal foto-video materiallar toplamağa müvəffəq olublar, çərşənbə axşamı Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi Kilimancaro dağına birinci Azərbaycan ekspedisiyası avqustun 16-da Uhuru zirvəsinə çatıb. Ekspedisiya zirvəyə yürüşünü başa çatdırdıqdan sonra Azərbaycana qayıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti