...

Bakı "sivilizasiyaların dialoqu üzrə dünya mərkəzidir" – İSESKO-nun başçısı

Cəmiyyət Materials 31 Avqust 2009 12:27 (UTC +04:00)
Bakı "sivilizasiyaların dialoqu üzrə dünya mərkəzidir" – İSESKO-nun başçısı

Azərbaycanın paytaxtı  "sivilizasiyaların dialoqu üzrə dünya mərkəzidir", bu barədə Rusiyanın İTAR-TASS agentliyinə İSESKO-nun baş direktoru Əbdüləziz Osman ət-Tuveycri bildirib.

Onun sözlərinə əsasən, İSESKO və MDB-nin müsəlman əhalisi olan ölkələri - Azərbaycan və Orta Asiya respublikaları arasında tədbirlərin müntəzəm təşkilini və mübadiləsini özündə birləşdirən fəal əməkdaşlıq qurulub.

2009-cu ilin fevralında İSESKO-nun baş katibi Bakının 2009-cu ildə "İslam Mədəniyyəti Mərkəzi" elan olunmasına həsr olunmuş mərasimdə iştirak edib.

Təhsil, elm və mədəniyyət üzrə İslam Təşkiatı İSESKO mərhum Mərakeş kral II Həsənin 1982-ci ildə təşəbbüsü ilə yaradılıb və İslam Konfransı Təşkilatı çərçivəsində fəaliyyət göstərir. 5 dövlətin daxil olduğu Təşkilatın qərargahı Mərakeşin paytaxtı Rabatda yerləşir.

İSESKO-Azərbaycan əməkdaşlığı bütün mədəniyyət, təhsil və sosial həyat sahələrini əhatə edir. İSESKO Azərbaycanda təhsilin və mədəniyyətin inkişafının dəstəklənməsində Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq edir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sivilizasiyaların yaxınlaşmasındakı xidmətlərinə görə İSESKO-nun xoşməramlı səfiri titulu ilə təltif edilib. Mehriban Əliyeva bu kimi yüksək ad alan ilk qadındır.

Xəbər lenti

Xəbər lenti