...

Prokuror Azərbaycan Mərkəzi Bankından külli miqdarda pul mənimsəməkdə ittiham olunan şəxslərə cəza istəyib

Cəmiyyət Materials 18 Sentyabr 2009 17:56 (UTC +04:00)
Dövlət ittihamçısı təqsirləndirilən bank işçiləri - Ərşad Cəlilovun 6 il, Şahnaz Səmədovanın 10 il, Nazilə Bağırovanın 10 il, Könül İsmayılovanın 10 il, Şəbnəm Məmmədovanın 3 il, Firəngiz Hacıyevanın 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror Azərbaycan Mərkəzi Bankından külli miqdarda pul mənimsəməkdə ittiham olunan şəxslərə cəza istəyib

Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir H.Bağırov /

Azərbaycan Mərkəzi Bankından külli miqdarda pul mənimsəməkdə ittiham olunan şəxslərə prokuror cəza istəyib.

Trend -un məlumatına görə, cümə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı təqsirləndirilən bank işçiləri - Ərşad Cəlilovun 6 il, Şahnaz Səmədovanın 10 il, Nazilə Bağırovanın 10 il, Könül İsmayılovanın 10 il, Şəbnəm Məmmədovanın 3 il, Firəngiz Hacıyevanın 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bankın bir qrup əməkdaşı Mərkəzi Bankdan 2003-cü ildən 2008-ci ilə qədər 7 milyard (köhnə Azərbaycan manatı ilə) manat mənimsəyib. Ötən ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində dəstə üzvlər tutulub.

Mərkəzi Bankın saxlanc şöbəsinin müdirəsi Firəngiz Hacıyeva və kassa-əməliyyat şöbəsinin müdiri Ərşad Cəlilov, xəzinədarlar Şahnaz Səmədova, Nazilə Bağırova və Könül İsmayılova Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə (308.2), mənimsəmə və ya israf etmə (179.3.2), rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə (326), Səbinə Məmmədova isə səhlənkarlıq (314.2-ci ) maddələri ilə ittiham olunurlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti