...

Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası Cənubi Afrika Respublikasına yollanacaq

Cəmiyyət Materials 5 Oktyabr 2009 17:55 (UTC +04:00)
Trend News-un məlumatına görə, yığmamızın qatıldığı turnir dünya reytinq cədvəlində 9-16-cı pillələrdə qərarlaşan kollektivlər arasında baş tutacaq. Otüstü hokkeyçilərimiz A qrupunda Yaponiya (11 oktyabr), Çili (12 oktyabr) və CAR-ı (14 oktyabr) sınağa çəkəcək. Digər qrupda İspaniya, Yeni Zelandiya və İtaliya mübarizə aparacaq.
Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası Cənubi Afrika Respublikasına yollanacaq

Azərbaycan, Bakı, 05 oktyabr / Trend , müxbir F.Hüseynli/

Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası "Çelenc-1" yarışında iştirak etmək üçün oktyabrın 8-də Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərinə yollanacaq.

Trend -un məlumatına görə, yığmamızın qatıldığı turnir dünya reytinq cədvəlində 9-16-cı pillələrdə qərarlaşan kollektivlər arasında baş tutacaq. Koreya komandasının imtinasından sonra yarış iştirakçılarının sayı 7-yə enib. Otüstü hokkeyçilərimiz A qrupunda Yaponiya (11 oktyabr), Çili (12 oktyabr) və CAR-ı (14 oktyabr) sınağa çəkəcək. Digər qrupda İspaniya, Yeni Zelandiya və İtaliya mübarizə aparacaq.

Reqlamentə əsasən, qruplarda ilk iki yeri tutacaq komandalar sonradan yaranacaq C qrupunda medallar uğrunda yarışacaqlar. A və B qrupunda daha zəif nəticə göstərən yığmalar isə D qrupunda 5-7-ci yerlərin sahiblərini müəyyənləşdirəcəklər. Turnirə oktyabrın 18-də yekun vurulacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti