...

Üç nəfəri öldürüb, iki nəfəri yaralayan Azərbaycan Ordusunun kiçik cavuşunun ruhi xəstə olduğu müəyyənləşib

Cəmiyyət Materials 9 Oktyabr 2009 11:49 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədən cümə günü Trend News-a verilən məlumata görə, bu gün Orxan Səfərovun işi üzrə hazırlıq iclası keçirilib.
Üç nəfəri öldürüb, iki nəfəri yaralayan Azərbaycan Ordusunun kiçik cavuşunun ruhi xəstə olduğu müəyyənləşib

Azərbaycan, Bakı, 9 oktyabr / Trend , müxbir H.Bağırov/

Seyfəli poliqonunda üç nəfəri öldürüb, iki nəfəri yaralayan Azərbaycan Ordusunun kiçik cavuşu ruhi xəstədir.

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədən cümə günü Trend -a verilən məlumata görə, bu gün Orxan Səfərovun işi üzrə hazırlıq iclası keçirilib.

Səfərov iclasda iştirak etməyib. Onun saxlandığı Penitensiar Xidmətin Müalicə Müəssisəsinin baş həkimi məhkəməyə məktubla müraciət edərək Səfərovun ruhi xəstəliklər şöbəbində müalicə olunduğu və üç həftə ərzində onun prosesdə iştirak edə bilməyəcəyi barədə məlumat verib.

Bu səbəbdən də proses noyabradək təxirə salınıb.

Bu il mayın 23-də Şəmkir rayonun Seyfəli poliqonunda keçirilən təlim mərkəzində əsgər Orxan Səfərov avtomat silahdan atəş açaraq əsgər yoldaşları Taleh Hidayətovu, Ramin Ataşovu və Şəhriyar Həsənovu qətlə yetirib, Pünhan Həsənovu və Mustafa Sayfulovu isə yaralayıb. Xəsarət alan əsgərlərdən biri isə aldığı güllə yarasından dünyasını dəyişib.

İstintaqa ilkin ifadə verən Səfərov hadisəni ona qarşı edilən təhqiramiz hərəkətlərə görə törətdiyini deyib. Səfərovun sözlərinə görə, çavuş Mustafa Seyfəlov mayın 22-dən 23-nə keçən gecə o yatarkən üzərində təhqiramiz hərəkətlər edib. Əsgərlər qarşısında təhqir olunduğuna dözməyən Səfərov mayın 23-də məlum hadisəni törədib.

Səfərov Cinayət Məcəlləsinin iki və daha çox şəxsi öldürmə (120.2.7) və iki və daha çox şəxsi öldürməyə cəhd (29,120.2.7) maddələri ilə ittiham olunur.

Səfərov ötən il Ağcabədi rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti