...

İranda iki kino xadiminin ABŞ-a səfərinə icazə verilməyib

Cəmiyyət Materials 9 Oktyabr 2009 14:18 (UTC +04:00)
Amerikada İran kinosu mövzusunu araşdırmaq məqsədi ilə ABŞ-a səfər edəcək İranın tanınmış 10 kinorejissoru və aktyorundan ibarət nümayəndə heyətinin səfəri dünən axşam baş tutub, lakin nümayəndə heyətinin tərkibində olan rejissor Müctəba Mirtəhmasib və tanınmış aktyor Fatimə Mötəmidaryana ABŞ-a səfər etmək qadağan olunub.
İranda iki kino xadiminin ABŞ-a səfərinə icazə verilməyib

Amerikada İran kinosu mövzusunu araşdırmaq məqsədi ilə ABŞ-a səfər edəcək İranın tanınmış 10 kinorejissoru və aktyorundan ibarət nümayəndə heyətinin səfəri dünən axşam baş tutub, lakin nümayəndə heyətinin tərkibində olan rejissor Müctəba Mirtəhmasib və tanınmış aktyor Fatimə Mötəmidaryana ABŞ-a səfər etmək qadağan olunub. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

"Bizim pasportlarımız yoxlanıldı. Daha sonra hava limanının təhlükəsizlik işçiləri ölkədən çıxmağımızı qadağan edən qərarı bizə göstərərək, heyətin tərkibində ABŞ-a səfirimizə icazə vermədilər", - deyə Mirtəhmasib deyib.

Mirtəhmasib əlavə edib ki, ölkədən çıxmalarının hansı səbəbdən qadağan edilməsdi onlara açıqlanmayıb.

İranın kino xadimləri Amerika Kino Akademiyası "Oskar" və UCLA televiziya və arxiv "close and personal" proqramının dəstəyi ilə ABŞ-a səfərə yola düşüblər. Orada keçiriləcək tədbirdə 8 İran kinosu nümayiş etdiriləcək və rejissorlar çəkdikləri filmlər haqqında məlumat verəcəklər.

Ötən il Amerika Kino Akademiyasının 8 nəfərlik nümayəndə heyəti İranının "Kino evi"nin dəvəti ilə bu ölkəyə səfər edib. Onlar iranlı kinorejissorlarla görüş keçirib, bu ölkənin bir neçə şəhərinə, o cümlədən İsfahan və Şiraz şəhərlərinə səfər ediblər.

Xəbər lenti

Xəbər lenti