...

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Londonda keçirilən "World Travel Market" beynəlxalq turizm sərgisində iştirak edir

Cəmiyyət Materials 9 Noyabr 2009 21:13 (UTC +04:00)
Bu gün (noyabrın 9-da) Londonda “World Travel Market” ənənəvi beynəlxalq turizm sərgisinin rəsmi açılış mərasimi keçirilib. Bu barədə Azərbaycanın Londondakı səfirliyi məlumat yayıb.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi  Londonda keçirilən "World Travel Market"  beynəlxalq turizm sərgisində iştirak edir

Azərbaycan, Bakı, 09 noyabr / Trend /

Bu gün Londonda "World Travel Market" ənənəvi beynəlxalq turizm sərgisinin rəsmi açılış mərasimi keçirilib. Bu barədə Azərbaycanın Londondakı səfirliyi məlumat yayıb.

Azərbayacanı sərgidə Mədəniyyət və Turizm Nazirliyi təmsil edir və təşkil edilmiş yüksək səviyyəli turizm pavilionunda Nazirliyin nümayəndə heyəti, Azərbaycan Dövlət Rəqs Ansamblının, İmprotex Travel, AL Travel, GEO Travel, ENC Tour turizm şirkətlərinin, Bakı Turizm İnformasiya Mərkəzinin nümayəndələri iştirak edirlər.

Londonda keçirilən dörd günlük beynəlxalq sərgiyə dünyanın müxtəlif ölkələrindən turizm şirkətləri, səhayət agentlikləri və hökumət orqanlarının təmsilçiləri qatılıb. Sərgi çərçivəsində eyni zamanda çoxsaylı seminar, konfrans və digər müxtəlif tədbirlərin təşkili planlaşdırılır.

Məlumata əsasən, bu gün həmçinin sərgidə Azərbaycana həsr olunmuş ayrıca stendin açılışı olub və Azərbaycan ilə bağlı stend sərgi iştirkaçılarının xüsusi maraq və diqqətinə səbəb olub. Açılış mərasimində Dövlət Rəqs Ansamblının rəqqaslarının ifasında milli rəqs nümunələri ifa olunub. Sərgidə ölkəmizin turizm potensialının nümayiş etdirilməsi və mövcud imkanların tanıdılması məqsədilə çox sayda reklam çap məhsulları, təbliğ vasitələri yayılıb.

Sərgi noyabrın 12-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti