...

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi Avstriyaya səfərə gedəcək

Cəmiyyət Materials 20 Noyabr 2009 17:37 (UTC +04:00)
Fonddan cümə günü Trend News-a bildiriblər ki, noyabrın 22-dən 29-dək Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndələri Avstriyanın paytaxtı Vyana şəhərində işguzar səfərdə olacaqlar.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi Avstriyaya səfərə gedəcək

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir M.Əliyev/

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi Avstriyaya səfərə gedəcək.

Fonddan cümə günü Trend -a bildiriblər ki, noyabrın 22-dən 29-dək Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nümayəndələri Avstriyanın paytaxtı Vyana şəhərində işguzar səfərdə olacaqlar.

Fondun icraçı direktoru Vüqar Səfərlinin rəhbərlik edəcəyi heyətin tərkibinə Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev, Şuranın sədr müavini, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Şuranın üzvləri - Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Prezident Administrasiyasının sektor müdiri Vüqar Əliyev daxildir.

Səfərdə məqsəd Fondun beynəlxalq əlaqələrini genişləndirmək, KİV-lərə dövlət dəstəyi sahəsində beynəlxalq təcrübəni öyrənmək, Fondun fəaliyyəti ilə beynəlxalq media qurumlarını tanış etmək, Vyana şəhərində Beynəlxalq Mətbuat İnstitutunun rəhbərləri ilə görüşmək, mətbuata maliyyə yardımı göstərən Avstriya Kommunikasiyalar Təşkilatı (Komavstriya) və media qurumları ilə təcrübə mübadiləsi aparılmaqdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti