...

Azərbaycan Milli Elmlər Akademiyası doktoranturaya qəbulla bağlı yeni qaydaları hökumətə təqdim edib - AMEA-nın prezidenti

Cəmiyyət Materials 3 Dekabr 2009 13:39 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) doktoranturaya qəbulla bağlı yeni qaqdaları və nizamnaməni hökumətin müzakirəsinə təqdim edib.
Azərbaycan Milli Elmlər Akademiyası doktoranturaya qəbulla bağlı yeni qaydaları hökumətə təqdim edib - AMEA-nın prezidenti

Azərbaycan, Bakı, 03 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) doktoranturaya qəbulla bağlı yeni qaqdaları və nizamnaməni hökumətin müzakirəsinə təqdim edib.

"Azərbaycan Milli Elmlər Akademiyası doktoranturaya qəbulla bağlı yeni qaydaları və nizamnaməni Azərbaycan Təhsil Nazirliyi ilə artıq razılaşdırıb və ölkənin Nazirlər Kabinetinin müzakirəsinə təqdim edib", - cümə axşamı AMEA-nın prezidenti Mahmud Kərimov Trend -a deyib. Onun sözlərinə görə, bu qaydalar təstiqləndikdən sonra doktoranturaya qəbul elan ediləcək.

AMEA həmçinin alimlərə, onların maaşlarının 80 faizi həcmində təqaüd ayrılmasını təklif edib. Kərimovun sözlərinə görə, həmin təklif ölkənin Parlamentinin müzakirəsinə təqdim edilmiş "Elm haqqında" yeni qanun layihəsinin sosial blokunda öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti