...

Avropa Məhkəməsində məcburi köçkünlərin Ermənistana qarşı şikayətinə baxılacaq

Cəmiyyət Materials 17 Dekabr 2009 14:59 (UTC +04:00)
Azərbaycanın İnsan Haqları üzrə Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Trend News-a bildirib ki, Laçından olan məcburi köçkün Çıraqov və digərlərinin işi ilə bağlı Avropa Məhkəməsi ilə Azərbaycan hökuməti arasında aparılan yazışmalar başa çatıb.
Avropa Məhkəməsində məcburi köçkünlərin Ermənistana qarşı şikayətinə baxılacaq

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Avropa Məhkəməsində məcburi köçkünlərin Ermənistana qarşı şikayətinə baxılacaq.

Azərbaycanın İnsan Haqları üzrə Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Trend -a bildirib ki, Laçından olan məcburi köçkün Çıraqov və digərlərinin işi ilə bağlı Avropa Məhkəməsi ilə Azərbaycan hökuməti arasında aparılan yazışmalar başa çatıb.

Avropa Məhkəməsi şikayətə Böyük Palatada baxılması haqqında qərar qəbul edib.

İşğal olunmuş Laçın rayonundan məcburi köçkün düşmüş Çıraqov və digər 5 nəfər Ermənistana qarşı şikayətlə bağlı Azərbaycan dövlətinin mövqeyi Avropa Məhkəməsinə təqdim olunub.

Səlahiyyətli nümayəndə qeyd edib ki, Ermənistana qarşı işğal olunmuş ərazilərdən məcburi köçkün düşmüş vətəndaşlar tərəfindən Avropa Məhkəməsində baxılacaq işlərdə Çıraqov və digərlərinin işi ilə bağlı qərar pilot qərar kimi rəhbər tutulacaq və digər şikayətlərə də eyni qaydada baxılacaq.

Şikayətdə Azərbaycan vətəndaşları mülkiyyət hüquqlarının pozulduğunu iddia edirlər və kompensassiya ödənilməsini tələb edirlər.

Laçın rayonu 17 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub və 67 min laçınlı məcburi köçkün düşüb.

Avropa Məhkəməsi Azərbaycana qarşı 21 qərar qəbul edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti