...

Azərbaycanda 2009-cu ildə uşaq hüquqlarının qorunması yönündə 30-dan artıq dövlət proqramı həyata keçirilib - Baş nazirin müavini

Cəmiyyət Materials 17 Dekabr 2009 15:34 (UTC +04:00)
Azərbaycanda 2009-cu ildə uşaq hüquqlarının qorunması yönündə 30-dan artıq dövlət proqramı həyata keçirilib, Trend News-un məlumatına görə, bunu cümə axşamı Azərbaycan uşaqlarının I formunun açılış mərasimində Baş nazirin müavini Elçin Əfəndiyev bildirib.
Azərbaycanda 2009-cu ildə uşaq hüquqlarının qorunması yönündə 30-dan artıq dövlət proqramı həyata keçirilib - Baş nazirin müavini

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda 2009-cu ildə uşaq hüquqlarının qorunması yönündə 30-dan artıq dövlət proqramı həyata keçirilib, Trend -un məlumatına görə, bunu cümə axşamı Azərbaycan uşaqlarının I formunun açılış mərasimində Baş nazirin müavini Elçin Əfəndiyev bildirib.

Bakıda Azərbaycan uşaqlarının I formu bu gün işinə başlayıb. Tədbirdə dövlət və hökümət nümayəndələri, QHT rəhbərləri, Uşaq Təşkilatları və respublikanın 56 rayon və şəhərlərindən gələn 250 uşaq iştirak edir.

Forumun açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehirban xanım Əliyevanın forum iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub.

Əfəndiyev bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq 2009-cu ilin "Uşaq ili" elan olunması ölkədə uşaqlara göstərilən diqqət və qayğının yüksək səfiyyədə təşkil olunmasından, onların mövcud olan problemlərinin həllini tapmasından xəbər verir.

Əfəndiyev tədbirin əhəmiyyətini vurğulayarkən tədbirin BMT Uşaq Hüquqları Konvensiyasının 20-ci ildönümünə təsadüf etdiyini deyib. Bildirib ki, ötən dövr ərzində Azərbaycan BMT-nin aidiyyatı qurumlarına 4 dövrü hesabat təqdim edib. Bu hesabtlarda uşaq hüquqlarının qorunması, bu yöndə həyata keçirilən işlər haqqında geniş məlumatlar yer alıb.

Bundan əlavə, uşaq hüquqlarının qorunması, onların sağlam, vətəninə sədaqətli insanlar olmasının yürüdülən siyasətin prioritet hissəsi olduğunu vurğulayan Əfəndiyev Azərbaycanda uşaq ölümlərinin sayının azaldılması, ümumilikdə uşaq hüquqlarının tam qorunması yönündə davamlı iş aparıldığını qeyd edib.

O, 1999-cu ildə Azərbaycanda uşaq hüquqlarının qorunması yönündə qanunverici bazanın formalaşdırıldığını vurğulayaraq, təkcə 2009-cu ildə bu yöndə 30-dan artıq dövlət proqramının həyata keçirildiyini deyib.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova ölkə prezidentinin 2009-cu ilin "Uşaq ili" elan olunması ilə bağlı imzaladığı sərəncamı yüksək qiymətləndirib. Onun sözlərinə görə, sərəncamdan irəli gələn vəzifələrin icrası üçün aidiyyatı dövlət qurumları müxtəlif işlər görür. Təmsil etdiyi qurumda həyata keçirilən işlər barəsində danışan Muradova ötən dövr ərzində Milli Məclisdə qəbul olunan 70-dən çox qanunda uşaq hüquqlarının qorunması yönündə müddəaların öz əksini tapdığını vurğulayıb.

Tədbirdə çıxış edən Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan ilk dəfə olaraq fşaq formunun keçirilməsini uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu vurğuladı. Bildirib ki, istər formun keçirilməsi, istərsə də 2009-cu il uşaq ili çərçivəsində bir çıra tədbirlərin keçirilməsi üçün dövlət və hökümət orqanları mühüm işlər görüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti