...

Azərbaycanın ali məktəblərinin böyük marağı Aİ-nin təhsil proqramlarının imkanlarından tam istifadə olunmasına yardım göstərər - Tempus milli ofisinin rəhbəri

Cəmiyyət Materials 2 Aprel 2010 18:20 (UTC +04:00)
Azərbaycanın ali məktəbləri tərəfindən Tempus proqramına çoxsaylı tələbatın olması Avropa İttifaqı tərəfindən bu və ya digər layihənin maliyyələşdirilməsi şansını artırır. Tempus milli ofisinin rəhbəri Pərviz Bağırov belə hesab edir.
Azərbaycanın ali məktəblərinin böyük marağı Aİ-nin təhsil proqramlarının imkanlarından tam istifadə olunmasına yardım göstərər - Tempus milli ofisinin rəhbəri

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir Y.Ostapenko/

Azərbaycanın ali məktəbləri tərəfindən Tempus proqramına çoxsaylı tələbatın olması Avropa İttifaqı tərəfindən bu və ya digər layihənin maliyyələşdirilməsi şansını artırır. Tempus milli ofisinin rəhbəri Pərviz Bağırov belə hesab edir.

"Böyük maraq görmək istərdim. Aİ proqramlarını "böyük qazanla" müqayisə etmək olar. Hər kəs oradan bacardığı qədər götürür", - Bağırov Trend-ə müsahibəsində bildirib.

Azərbaycan Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və uzunmüddətli proqram olan Tempusa 1995-ci ildə qoşulub. Tempus Aİ-yə tərəfdaş ölkələr və Avropa ölkələri ilə ali məktəblərarası əməkdaşlığa yardım göstərir və ali təhsilin modernləşdirilməsini dəstəkləyir.

Tempus IV proqramının sonuncu mərhələsi Azərbaycanda 2008-ci ildən 2013-cü ilədək olan dövrü əhatə edir. Aİ onun maliyyələşdirilməsinə ildə 35-39 milyon avro ayırıb.

Bağırov hesab edir ki, ali məktəblərin Tempus proqramına kifayət qədər cəlb olunmamasının səbəbi odur ki, bu proqramın layihələri donor layihələrin əsas hissəsi kimi xaric dildə - ingilis, fransız və ya alman dillərində hazırlanır.

"Universitetlərdə layihələri yarada biləcək şəxslər, ilk növbədə, müəllim heyəti, yəni ideyanın əsas generatorları əksər hallarda xarici dili bilmirlər", - o bildirib və eyni zamanda "ümumi apatiya"nın da mövcud olduğunu deyib.

"İndiyədək 22-yə yaxın Tempus layihəsi maliyyələşdirilib", - Bağırov bildirib.

Bütün layihələr iki əsas növə ayrılır:

- Azərbaycanın ümumi təhsil siyasətində struktur dəyişikliklərinə yönələn struktur layihələri;

- ali məktəblərin daxilində hər hansı proqramın irəliləməsi üçün ali məktəblər arasında həyata keçirilən birgə Avropa layihələri.

Bağırovun sözlərinə görə, Avropanın ali məktəblərinin təcrübəsi göstərir ki, layihələrin yazılmasına fəal tələbələr cəlb olunurlar.

"Azərbaycanda təəssüf ki, hələ də müəllimlərlə tələbələr arasında sədd var", - o deyib. - "Bu mənfi tendensiyanın tədricən aradan qaldırılması üçün vaxt lazımdır".

Xəbər lenti

Xəbər lenti