...

Bakıda ABŞ Günləri keçirilib

Cəmiyyət Materials 3 Aprel 2010 12:48 (UTC +04:00)
Azərbaycanda ABŞ Günləri şənbə günü Dillər Universitetinin həyətində böyük piknikin təşkili ilə başa çatıb.
Bakıda ABŞ Günləri keçirilib

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir V.Javoronkova/

Azərbaycanda ABŞ Günləri şənbə günü Dillər Universitetinin həyətində böyük piknikin təşkili ilə başa çatıb.

ABŞ Günlərinin keçirilməsinin təşəbbüsçüsü Azərbaycanın "Gənclər klubu" İctimai Birliyidir.

İndiyədək birlik tərəfindən Bakıda İsrail, Norveç və Fransa günləri keçirilib. Polşa, Böyük Britaniya, Türkiyə və Almaniya Günlərinin keçirilməsi planlaşdırılır.

"Bugünkü tədbirin məqsədi əsl ABŞ piknikinin nə olduğunu azərbaycanlılara göstərməkdir", - səfirliyin əməkdaşı Brend Mayer jurnalistlərə bildirib.

Xəbər lenti

Xəbər lenti