...

Azərbaycanda şirkətlərə silahlı basqın etməkdə ittiham olunan mütəşəkkil dəstənin məhkəməsi başlayıb

Cəmiyyət Materials 13 Aprel 2010 15:39 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Namiq Həsənov, Kənan Müqəddəmi, Məhəmməd Musayev, Seymur Yusifov və Mahir Alıyevin cinayət işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Azərbaycanda şirkətlərə silahlı basqın etməkdə ittiham olunan mütəşəkkil dəstənin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir H.Bağırov/

Azərbaycanda şirkətlərə silahlı basqın etməkdə ittiham olunan mütəşəkkil dəstənin məhkəməsi başlayıb.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Namiq Həsənov, Kənan Müqəddəmi, Məhəmməd Musayev, Seymur Yusifov və Mahir Alıyevin cinayət işi üzrə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra məhkəmədə ifadə verən təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli biliblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin quldurluq (181.2.1, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 181.3.2), oğurluq (177.2.1, 177.2.2, 177.2.3, 177.3.1, 177.3.2), qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldəetmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228) maddələri ilə ittiham edilirlər.

Namiq Həsənov, Kənan Müqəddəmi, Məhəmməd Musayev, Seymur Yusifov və Mahir Alıyev mütəşəkkil dəstə yaradaraq, 26 iyun 2009-cu ildə Gəncə şəhəri, Yusif Bağırov küçəsi, 32 ünvanında yerləşən "Şanfi" firmasına silahlı basqın ediblər. Adıçəkilən şəxslər "Şanfi" firmasının işçilərinə özlərində olan tapança və digər silah qismində istifadə olunan əşyalarla hədə-qorxu gələrək, 6400 manat pul aparıblar.

Bundan başqa, təqsirləndirilən şəxslər iyulun 4-də Gəncə şəhərində yerləşən "Elşən" MMC firmasının bazasına silahlı basqın edərək, 5640 manat və 7000 min manat dəyərində danışıq kartı aparıblar.

Dəstə üzvləri Bakı şəhərində də bir neçə mağazaya basqın edərək, külli miqdarda danışıq kartı aparıblar.

Xəbər lenti

Xəbər lenti