Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir M.Əliyev/
Çox gözəl ki, biz Azərbaycanda toplaşmışıq. Bu ölkədə düzgün qanunlar, müxtəlif dinlərin nümayəndələri arasında düzgün münasibətlər mövcüddür. Bu barədə Moskva və Bütün Rusiyanın patriarxı Kirill dindarların qarşısında çıxışı zamanı bildirib.
"Azərbaycanda hər bir insan öz dini hissləri ifadə etmək azadlığına malikdir, hamı özünü dövlətin mühafizəsi altında təhlükəsizlikdə hiss edir, və mən çox şadam ki, dövlət başçısı, cənab Prezident şəxsən dinlərarası münasibətlər məsələsinə çox böyük diqqət yetirir", Kirill deyib.
Onun sözlərinə görə, dini liderlər dünyada, insan cəmiyyətində baş verənlər, dünyanı daha yaxşı, münaqişəsiz bir yerin olması üçün onların nə edə biləcəyi barədə fikirləşmək üçün Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Bakıda toplaşıblar.
Aprelin 25-də Bakıda MDB-nin dini liderlərin Sammiti start götürüb.