Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycanda məktəblilər arasında kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası start götürüb.
"İkinci dəfədir ki, bu olimpiada Azərbaycanda keçirilir (birinci dəfə 10 il əvvəl keçirilmişdi). Bu dəfə olimpiadada dünyanın 14 ölkəsindən 87 məktəbli iştirak edəcək", - Azərbaycanın təhsil naziri Misir Mərdanov jurnalistlərə deyib.
Olimpiadanın başa çatdırılması may ayının 3-nə planlaşdırılan eksperimental mərhələsi Bakı Dövlət Universitetində keçiriləcək.
Nazirin fikrincə, Azərbaycanın neft-kimya ölkəsi olması faktını nəzərə alsaq, bu zaman azərbaycanlı məktəblilər daha yüksək yerlər tuta bilərlər. Azərbaycanlı tələbələr bu olimpiadada dəfələrlə iştirak edib və qalib olublar, həmçinin müsabiqəsiz olaraq Moskva Dövlət Universitetində təhsillərini davam etdirirlər.
Nazir həmçinin qeyd edib ki, olimpiada qaliblərinin müsabiqəsiz ali məktəbə qəbul edilməsi məsələsi hələ ki, Azərbaycan qanunvericiliyində nəzərdən keçirilmir.